Xəbər lenti
DİN-dən məktəbdə müəllimləri söyən şagirdlə bağlı AÇIQLAMA
"Paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir".
Manevr.az bildirir ki, bu barədə sfera.az-a açıqlamasında DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. E.Hacıyev bildirib ki, rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbədir:"Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır".
Qeyd edək ki, ötən gün adıçəkilən məktəbdə şagirdlərdən birinin şalvarını çıxardığı, qız uşaqlarını küçə söyüşləri ilə təhqir etdiyi, müəllimələri söydüyü və məktəbə bıçaq gətirib hamını hədələyi ilə bağlı məlumat yayılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar