Sizin Reklam Burada
Xəbər lenti
09-10-2025
08-10-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyaya gedənlərin nəzərinə: Barmaq izi və tatu məcburiyyəti gəlir

Tarix: 06-12-2021 20:24     Baxış: 4243 A- / A+

Rusiyada 90 gündən artıq qalan əmək miqrantları və əcnəbi vətəndaşlardan bir sıra hallarda təkrar daktiloskopiya (barmaq izlərinin götürülməsi), döymə və ya çapıqlar götürüldükdən sonra isə fotoşəkil çəkdirilməsi tələb oluna bilər.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin sərəncam layihəsində məlumat verilib.
Layihədə bildirilir ki, ümumiyyətlə xarici vətəndaşlar ölkəyə daxil olduqdan sonra bir dəfə barmaq izi qeydiyyatına alınmalı və fotoçəkilişdən keçməlidir. Ancaq bir sıra hallarda bu proseslər təkrarlana bilər

- Fotoçəkilişin olduğu tarixdən on il keçibsə;
- Xarici görünüşdə əhəmiyyətli davamlı (daimi) dəyişikliklər (cərrahi müdaxilələr nəticəsində çapıqlar, dəri qüsurları üzərində əməliyyatlar, döymələrin vurdurulması (silinməsi), görünüşün dəyişməsi) olduqda;
- Anatomik quruluş dəyişdikdə, məsələn, əza, əl və ya barmağın itirilməsi halında (bu halda təkrar barmaq izi alınacaq);
- Soyad, ad, ata adı, doğum tarixi və yeri, cins və ya vətəndaşlığının dəyişdirilməsi, habelə sənəddəki məlumatlarla şəxsiyyətin müəyyən edilməsi zamanı əldə edilmiş məlumatlar arasında uyğunsuzluq;
- Daktiloskopik qeydiyyatdan keçmə haqqında sənədin təqdim edilməməsi, barmaq izi məlumatları keyfiyyətinin aşağı olması və ya texniki nasazlığa (o cümlədən barmaq izi kartlarının faylları zədələndiyinə) görə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanının informasiya mərkəzi tərəfindən regional səviyyədə qeydiyyata alınmadıqda sözügedən proseslər təkrarlana bilər.
Qeyd edək ki, Rusiyada bu il dekabrın 29-dan etibarən 90 gündən artıq müddətə ölkəyə daxil olan əmək miqrantları və əcnəbilər məcburi daktiloskopiya və fotoçəkilişdən keçməlidirlər. Bundan sonra onlar müvafiq sənədi alacaqlar.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar