Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Keçmiş nazirin şirkəti qaz borcunu ödəmir – 200 minlik borc qalmaqalı

Tarix: 06-12-2021 16:14     Baxış: 4237 A- / A+
Keçmiş nazirin şirkəti qaz borcunu ödəmir – 200 minlik borc qalmaqalı
Keçmiş nazir Səlim Müslümova məxsus olduğu bildirilən "Formes Group. Az” MMC ilə "Azəriqaz” İstehsalat Birliyi arasında borc qalmaqalı davam edir.
Manevr.az xəbər verir ki, nazirin şirkəti dövlət qurumuna olan borcunu ödəmək istəmir.
"Formes.Group.Az” MMC 2016-cı ildən istixana kimi fəaliyyət göstərir. 2020-ci ilə qədər olan dövr üçün istixananın "Azəriqaz”a 217 min manat borcu yaranıb. Lakin nazirə məxsus istixana müxtəlif bəhanələrlə ödənişdən yayınıb.
"Azəriqaz” İstehsalat Birliyi, fəaliyyətə başlayanda "Aqrotexsevis” MMC, daha sonra isə, naməlum səbəbdən türk iş adamına verilərək adı "Formes.Group. Az” MMC kimi dəyişdirilən istixananı məhkəməyə verərək qətnamə çıxarılmasına nail olsa da, bu günə qədər Şəki İnzibati İqtisad Məhkəməsinin qətnaməsi icra olunmadan qalıb.
"Azəriqaz” yenidən məhkəməyə müraciət etməli olub. Bu iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə baxılacaq. Səlim Müslümov 2013-2018-ci illərdə Əmək və əhalinin sosial müdafiəsi naziri olub. O, 2021-ci ilin fevralında korrupsiya ittihamı ilə həbs edilib./qaynarinfo/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar