Xəbər lenti
Təlim başladı: Dövlət onlara iş yeri açıb avadanlıqlar verəcək

İşğaldan azad olunan ərazilərə qayıdış zamanı sakinlərin məşğulluğunun təmin edilməsi ilə bağlı yeni layihənin icrası yekunlaşır.
Layihə çərçivəsində Zəngilan rayonunun Ağalı kənd sakinləri təlimlərə cəlb olunublar. Təlimlər Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil edilib. Dövlət Məşğulluq Agentliyinin department rəhbəri Hacı Əliyev bildirib ki, doğma yurdlarına qayıdacaq sakinlərin bir qismi üçün kiçik təsərrüfatlar yaradılacaq.
Departament rəhbəri qeyd edib ki, belə layihələr bundan sonra da davam etdiriləcək. Özünüməşğulluq proqramı 10-dan çox fərqli istiqamətləri əhatə edəcək.
Hacı Əliyev əlavə edib ki, təlim iştirakçılarına sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Ağalı kənd sakinləri avtoservis, inşaat, məişət avadanlıqlarının təmiri, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və digər sahələr üzrə özünüməşğulluq proqramı çərçivəsində müvafiq avadanlıqlarla təmin olunacaqlar./yeni sabah
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar