Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Telefon batareyaları haqqında GERÇƏKLƏR

Tarix: 05-12-2021 12:21     Baxış: 3204 A- / A+
Telefon batareyaları haqqında GERÇƏKLƏR

Bir çox smartfon sahibləri hesab edirlər ki, telefonun akkumulyatoru sıfıra çatdıqdan sonra şarj edilərsə, “faydalı” olur. Onlar əmindirlər ki, hər dəfə şarj səviyyəsini 10% artırsanız, batareya tez xarab olacaq. Lakin köhnəlmiş bu qayda müasir cihazlara şamil edilmir.

Manevr.az xəbər verir ki, bu sözləri “Content-review.com” agentliyinin rəhbəri Sergey Polovnikov “Sputnik” radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, smartfonun akkumulyatorunun az-az dolması cihazın deqradasiyasına səbəb olmur:
“Elektronika ilə bağlı demək olar ki, bütün miflər bizə keçmişdən gəlir. Uzaq keçmişdə batareya texnologiyası və enerji istehlakı texnologiyaları bir qədər fərqli idi. O zaman cihazın batareyasını boşaldıb tam doldurmaq məntiqli görünə bilərdi. Bu gün bu cür tövsiyələr mənasızdır.
Müasir smartfon akkumulyatorları da tədricən köhnəlir və tutumunu itirir, lakin bu, başqa səbəblərdən baş verir. Batareyanın doldurulma səviyyəsini izləməkdənsə smartfonun və ya digər cihazın batareyasını vaxtında dəyişdirmək daha yaxşıdır. Əgər batareyanı vaxtında dəyişdirsəniz, bu, əsəblərinizi də qorumağa kömək edəcək. Batareyanın deqradasiyasını başa düşmək lazımdır. Batareyanın deqradasiyası qacetlərlə əlaqəlidir, cihazı neçə faizdən doldurmağa başladığınızla bağlı deyil”.
Ekspert xatırladıb ki, standart müasir akkumulyator 2 il işləmək üçün nəzərdə tutulub. Sonra o, qabiliyyətini itirməyə başlaya bilər./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar