Xəbər lenti
İcra başçısının tülkü xəzindən dəbdəbəli qış geyimləri - ŞƏKİLLƏR

Son vaxtlar müxtəlif tədbirlərdə görünən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun geyindiyi brend markalı və bahalı qış geyimləri hər kəsin diqqətini çəkməkdədir.
Manevr.az xəbər verir ki, qaynarinfo bahalı mülkləri deyil, bu dəfə zövqlü və kifayət qədər bahalı geyimləri ilə diqqət çəkən icra başçısı Əziz Əzizov haqqında araşdırma aparıb.

Əziz Əzizovun tülkü xəz yaxalığı olan bu paltosu dövrün ən dəbdəbəli üst geyimi sayılır.

Həmçinin Əziz Əzizovun geyindiyi pencək və gödəkçələr, kostyumlar "Umberto Bilancioni", "Hettabretz", "Castello D`Oro", "Rossini" kimi İtalyan brendləri ilə eynilik təşkil edir. Bu brendlərdə də sözügedən məhsulların qiyməti 1500 avrodan başlayır, 9000-15000 avroyadək dəyişir.
İcra başçsının tülkü xəzindən olduğu ehtimal edilən və Azərbaycanda məşhur "norka papaq” kimi tanınan qış kepkasının qiyməti Rusiya bazarında ən ucuzu 25 min rubula, ən bahalısı isə 300-400 min rubula qədər dəyərləndirilir.



Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar