Xəbər lenti
"YAP-da Maksim Musayevə qarşı biganəlik, laqeyidlik hiss olunurdu" - Şahlar Əsgərov
Maksim Musayev
Dəyərli qonşum, siyasi həmfikrim, alim dostum, mənəvi qohumum Maksim Talıb oğlu Musayev 40 gün öncə bu dünyanı tərk edərək haqq dünyasına qovuşdu. İndi onun zəngin və dolğun həyatını yoxluğunun 40-cı günündə yada salıram.
Əvvala qeyd edim ki, Allah hər kəsə Maksim kimi qonşu qismət el əsin. Onun rəhmətlik atası Talıb müəllim dövrünün tanınmış ictimai- siyasi xadimi idi. Erməni–Azərbaycan real tarixini mükəmməl bilirdi. Ermənistanda azərbaycanlıların hamisi və ağsaqqalı olmuşdur. Talıb müəllim Maksim müəllimi kamil bir insan kimi böyüməsi üçün zamanında hər şey etmişdi. Necə ki, Maksim müəllim indi övladlarına və nəvələrinə edirdi.
Maksim müəllim ilə 15 il yaxın qonşu olduq. Biz qonşu olanda o, Qax Rayon Partiya Komitəsinin birinci katibi, mən isə BDU-nin müəllimi idim. Uşaqlarımız gözlərimiz önündə böyüdülər. 1989-cu ildən Azərbaycan Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini, 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi işləyəndə, Maksim müəllim Ermənistandan və Qarabağdan gələn qaçqın selinin qarşısında mərd duruş gətirdi. Hər şeylərini itirmiş insanlara qayğı göstərdi. Yaşamaları üçün şərait yaratdı. 1992-ci ildə Xızı Rayonunun başçısı işləyəndə mənim xahişimlə Kəlbəcərə ermənilərdən müdafiə olunmaq üçün bir yük maşını silah göndərdi.
Maksim Musayev son 30 ildəki fəaliyyətini bəzi məqamlarını xatırlayıram. O, YAP yaradılmasının başlanğıcından duranlardan biridir. Düzdür, Maksim müəllim 91-lərdən deyil, ancaq YAP-ın təsis konfransının iştirakçısı idi. O, ulu öndər Heydər Əliyevin adlandırdığı partiyanın “Qızıl Fond”-a daxildir. Çünki təsis konfransda Murtuz Ələsgərovdan, Samur Novruzovdan sonra Maksim müəllimin çıxış etmişdi.
Sonralar Partiyanın rayon təşkilatlarının (xüsusi ilə Dəvəçi, Quba, Xaçmaz, Xızı rayonlarda) yaranmasında aktiv iştirak etmişdi. YAP-in Ədiliyyə Nazirliyində qeydə alınması üçün təcili 2000 imza olaraq toplamaq lazım idi. Həmin imza vərəqlərinə baxsanız onun ailə üzvülərinin adlarını görərsiniz.
Maksim Musayev 1995 ildə Qobustan-Siyazən–Xızı seçki dairəsindən YAP-ın deputat seşilmişdi. Milli Məclisin Yerli Özünüidarə Məsələləri Komisiyası sədrinin müavini təyin edilmişdir. Bələdiyyələrin qanunvericilik bazasını yaradılmasında Zahid Qaralov və Maksim Musayevin rolları danılmazdır. Hər ikisi də ayaqdakı dırnaqdan təpədəki saça qədər heydərsevər olub, Heydər Əliyev siyasətinin ideoloqları və təblğatçıları idilər.
Beşinci kalonun adamları 91-lərlə və onlara bərabər tutulan insanlarla sərt davranırdılar. Dövləti zəif salsınlar deyə, onlar nə düz danışan, nə də rüşvət almayan əqidəli yapçıları sevməzdilər. Belə adamları YAP-dan uzaqlaşdırırdılar, vəzifədən çıxarırdılar, narazı salardılar. Onların yerinə isə yalançılar, yaltaqlar və Heydər Əliyev irsinə sadiq olmayan bəzi əli əyriləri gətirirdilər. Onları “Köhnə Qvardiya” adlandıraraq partiyadan çox uzaq saxlayırdılar. Parlamentə seçilmələrini əngəlləyirdilər. Düz danışdığı və “Qızıl Fondun” üzvü olduğu üçün Maksim Musayevin bədxahları da az deyildi. Bu səbəbdən partiyada həm də Maksim Musayevə qarşı biganəlik və laqeyidlik hiss olunurdu. O bundan çox narahat idi.
Maksim müəllimə Alahdan rəhmət diləyirək, övladlarına (Eminə, Şəfəqə, Cəmiləyə) və nəvələrinə xoşbəxlik arzulayıram. Ölüm haqqdır. Şükür edirəm ki, nə yaxşı ki, Maksim müəllim Qarabağın azad olduğunu, Qarabağ Zəfərini gördu. Ruhu şad olsun. Nur içində yat, Maksim müəllim, artıq ”Qızıl Fond”-un arzu etdiyin əvvəlki hörməti bərpa olubdu.

Prof.Şahlar Əsgərov,
TN yanında İctimai Şuranın sədri
04.12.21
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar