Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Ölənlərə diqqətlə baxın” - Peyvənddən imtina edənlərə MÜHÜM ÇAĞIRIŞ

Tarix: 05-12-2021 10:42     Baxış: 3181 A- / A+
Türkiyəli professor Yeşim Taşova koronavirus əleyhinə peyvəndə qarşı çıxanlara çağırış edib.

O, “Peyvəndə qarşı çıxamaqla ən yaxın dostlarını itirən həkimlər var. İnsanlar bunları görməlidir. Daha çox insan peyvənd olunmadan ölüb'', – deyə bildirib.

Türkiyəli professor ölkədəki peyvəndlənmə durumunun nə yerdə olduğunu belə şərh edib:

“Koronavirus epidemiyasına qarşı mübarizə davam edir. Virus yeni variantlar yaratsa da, virusa qarşı ən təsirli silah peyvənddir. Səhiyyə Nazirliyinin məlumatına görə, 18 və daha yuxarı yaşda olanların birdəfəlik peyvənd olunma nisbəti 90 faizi ötüb. Ən azı iki doza peyvənd alanların nisbəti 80 faizi ötüb.

Lakin bəzi ölkələrdə olduğu kimi Türkiyədə də peyvənd əleyhinə etirazlar davam edir. Sosial şəbəkələrdə peyvəndin əleyhinə çıxan vətəndaşlar çoxlarını çaşdırır. Virusun mutasiyasına görə mütəxəssislər tərəfindən peyvəndin 3-cü dozası təyin edilir”.

Yeşim Taşova peyvənd dozalarının mərhələləri haqqında da danışıb:

“2 doza peyvənd edildikdən müəyyən bir müddətdən sonra antikor səviyyəsinin azaldığını göstərən araşdırmalar var. Təbii ki, bu, gələcəkdə daha ətraflı izah ediləcək, lakin antikor səviyyəsi azaldığında, birmənalı şəkildə peyvəndin 3-cü dozası verilməlidir. Bu, xüsusilə “Sinovac” peyvəndini vurduranlar üçün vacibdir.

Hətta “Biontech” tərəfindən də peyvəndin 3-cü dozasının vacib olduğu açıqlanmışdı. Hər bir mutasiyaya uğramış variant peyvəndin təsirindən yayınmağın bir yolunu tapmağa çalışa bilər. Ona görə də virus orqanizmə daxil olduqda onun çoxalmasının qarşısını almaq üçün anticisimlər yaratmaq lazımdır və bunu ancaq peyvəndlə etmək olar”. musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar