Xəbər lenti
Dünyanı lərzəyə salan “omikron” ştamında insan geni aşkarlandı - Bu nə ilə nəticələnə bilər?

Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri “OSF Preprints” saytında dərc olunub, araşdırma qrupuna Venki Saundararacan rəhbərlik edib, məlumatların analizi ilə məşğul olan “Nference” şirkəti araşdırmaya dəstək verib.
Virusoloqlar müəyyən ediblər ki, “omikron” ştamı koronavirusun genetik kodunda və eyni zamanda insan genində yer alan və soyuqdəymə xəstəliyini yaradan mutasiyalardan birini əldə edib. Başqa sözlə, koronavirusun bu mutasiyası soyuqdəymə xəstəliyini yaradan digər respirator virusunun genetik materiallarının bir hissəsini özünə götürüb.
Alimlər müəyyən ediblər ki, bu cür genetik ardıcıllıq koronavirusun indiyədək rast gəlinən heç bir digər mutasiyasında aşkarlanmamışdı. Bu səbəbdən “omikron” həmin gen fraqmentini əldə edərək “daha insani xarakter alıb” və bu da yeni ştama insanın immun sisteminin hücumunu dəf etməyə imkan verir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar