Sizin Reklam Burada
Xəbər lenti
09-10-2025
08-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bakı 10 erməni hərbçini Ermənistana təhvil verdi

Tarix: 04-12-2021 18:43     Baxış: 3258 A- / A+

Azərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.

Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılmışlar. Qeyd olunmalıdır ki, humanizm prinsiplərinə sadiq olan Azərbaycan Respublikası bir müddət öncə 26 noyabr 2021-ci il tarixində erməni əsilli bir mülki şəxsi və bir hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verilməsini təmin edib.
Eyni zamanda aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib.
Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar