Sizin Reklam Burada
Xəbər lenti
09-10-2025
08-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda sanitar günü keçirilib - Şəkillər

Tarix: 04-12-2021 12:49     Baxış: 225 A- / A+
Başa çatmaqda olan ilin son ayının birinci şənbə günü Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda ümumşəhər sanitar gününün keçirilməsi qərara alınıb. 

Bu barədə BŞİH-dən məlumat verilib.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə dekabr ayının 4-ü səhər saatlarından etibarən paytaxtın bütün rayonlarında kommunal və digər qurumlarının iştirakı ilə genişmiqyaslı sanitar tədbirləri həyata keçirilib.

Gün ərzində şəhərin prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və işıq dirəklərinin, məhəccərlərin, vitrin və reklam lövhələrinin yuyulması, ərazinin dezinfeksiyası həyata keçirilib. Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı sakinlərimiz də yaxından iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları və texnikası ağac və yaşıllıq zolaqlarını yuyaraq toz-torpaqdan təmizləyib, sınmış ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin müraciətinə cavab olaraq fərdi sahibkarlar və özəl sektor nümayəndələri tərəfindən çalışdıqları mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub və obyektlərin qarşısı təmizlənib. yenisabah

Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar