Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qazın limiti ilə bağlı VACİB XƏBƏR

Tarix: 04-12-2021 11:23     Baxış: 4142 A- / A+

Məlumdur ki, soyuq havaların üstünlük təşkil etdiyi bölgələrdə daha çox qaz istehlak edilir. Nəticədə 1200 kubmetrlik ilkin limit daha tez aşılır. Amma istər aran, istərsə də dağlıq rayonların sakinləri eyni tariflə ödəniş edirlər. Bu isə qiymətlərin iqlim şəraitindən asılı olaraq müəyyən edilməsini gündəmə gətirir. Bəs fərqli bölgələr üçün fərqli qiymətlər tətbiq edilə bilərmi ? Azəriqaz İstehsalat Birliyi məsələyə aydınlıq gətirib.

''Müxtəlif iqlim şəraitinə malik bölgələrə fərqli qaz tariflərinin tətbiq edilməsi ilə bağlı məsələ gələcəkdə nəzərdən keçirilə bilər''.
Manevr.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ''Azəriqaz'' İstehsalat Birliyinin departament rəisi Vüqar Qocayev bildirib.
Onun sözlərinə görə şəhər və rayonlar arasında temperatur göstəricilərindən asılı olaraq istər nəzərdə tutulan 1200 kub metrlik ilkin limitin, istərsə də qazın istehlak qiyməti ilə bağlı differensial, yəni fərdi yanaşmanın tətbiqi birbaşa Tarif Şurasının səlahiyyətindədir. Amma gələcəkdə bu məsələyə baxıla bilər.
Vüqar Qocayev bəzi binalarda qaz sayğaclarının bloklarda deyil, eyvanlarda quraşdırılmasına da aydınlıq gətirib. Bildirib ki, həmin sayğacların sökülməsi nəzərdə tutulmur. Çünki bu məsələ bina tikilərkən layihədə nəzərdə tutulmalı idi
Keçirilmiş mətbuat konfransında qazla təmin ediləcək yaşayış məntəqələrindən də danışılıb. Bildirilib ki, cari ildə 55 yaşayış massivi və kənddə qazlaşma işləri aparılıb. 2022-ci ildə isə daha 110 məntəqə qazlaşdırılacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar