Xəbər lenti
Türk Ədəbiyyatı Vəqfindən Rəşad Məcidə yüksək mükafat - ŞƏKİL
Şair, nasir və publisist, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Türk Ədəbiyyatı Vəqfinin 2021-ci il üçün "Türk Dünyasına Üstün Xidmət” mükafatına layiq görülüb.
Vəqfin başqanı Sərhat Kabaklının bu barədəki açıqlamasında Rəşad Məcidin həm Azərbaycan, həm də Türk dünyasında gənc ədiblərin yetişməsinə önəmli töhfələr verməsi, şeir, hekayə janrında yazdığı əsərlərinin onlarla dilə tərcümə olunması, xüsusən, publisistik yazılarıyla Türk dünyasının fərqli problemlərini diqqət mərkəzinə çəkməsi üstün cəhətlər kimi vurğulanır. Həmçinin bildirilir ki, R.Məcid özünün yüksək təşkilatçılığı ilə Azərbaycanın və AYB-nin Türk dünyasının ədəbi mərkəzlərindən birinə çevrilməsində mühüm rol oynayıb, onun rəhbərlik etdiyi "525-ci qəzet”də bu istiqamətlər hər zaman xüsusi yer tutub.
R.Məcidin yaradıcılığı Türkiyə ədəbi mühitində diqqət və maraqla izlənilir. 2016-cı ildə Ankarada Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə R.Məcidin türk dilində nəşr olunmuş "Bir daha gelmeyecek" irihəcmli şeirlər toplusunun, 2017-ci ildə isə İLESAM-ın təşkilatçılığı ilə Ankaradakı Türk Tarix Qurumunun salonunda "Delicesine" kitabının geniş təqdimat mərasimi keçirilib. 2019-cu ilin noyabrında İstanbulda - Türk Ədəbiyyat Vəqfində, 2020-ci ilin yanvarında isə Bakıdakı Yunus Əmrə İnstitutunda R.Məcidin "Kalemsiz yazılanlar" kitabının təqdimatı olub.
Sözgedən Vəqfin seçimində bütün bu cəhətlərə xüsusi diqqətlə yanaşıldığı üçün qurumun rəhbərliyi R.Məcidin 2021-ci il üçün "Türk Dünyasına Üstün Xidmət” mükafatı ilə təltif olunmasına qərar verib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar