UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq Sülh səfiri, Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
Komitədən verilən məlumata görə, sədr dünya şöhrətli rəssamı Azərbaycan vətəndaşlığı alması münasibətilə təbrik edib və ona ölkəmizin dünyada layiqli təmsilçiliyində uğurlar arzu edib.
Azərbaycan vətəndaşlığı alan Xalq rəssamı Avropanın aparıcı dövlətlərindən olan Almaniyada Azərbaycan həqiqətlərinin təbliğ olunmasında əvəzsiz rol oynayır, əsərlərində xalqımızın adət-ənənəsinə geniş yer verir, doğma Azərbaycana həsr etdiyi əsərləri ilə digər xalq və millətlər arasında vətənə, onun tarixinə, təbiətinə və mədəniyyətinə sevgi aşılayır.
Təsadüfi deyil ki, zəngin yaradıcılıq bioqrafiyası olan Ə.Heybətovun əsərlərinin toplandığı "Qarabağa gedən 44 günlük yol", "Xocalı faciəsi" jurnal-kataloqlar və "Almaniyadan 100 rəsm" adlı kitab, eləcə də rəssamın ərsəyə gətirdiyi Vətən müharibəsində zəfəri tərənnüm edən genişmiqyaslı panno böyük marağa səbəb olub.
Azərbaycan vətəndaşlığı almasından böyük sevinc hissi ilə danışan rəssam ölkə başçısına minnətdarlığını ifadə edib, bundan sonra da yaradıcı gücünü Azərbaycan naminə sərf edəcəyini, ölkəmizi layiqincə təmsil edəcəyini diqqətə çatdırıb.
Ə.Heybətovun Azərbaycan vətəndaşlığı alması bilgi sahibi və daşıyıcısı olan insanlarımızın bilik və təcrübələrini, intellektual potensiallarını həm də Ana Vətənlə bölüşmələrinin ən gözəl nümunələrindən biridir.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar