Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hərbçilərimiz niyə tez-tez minaya düşür? - Mühüm açıqlama

Tarix: 29-11-2021 12:14     Baxış: 3157 A- / A+
Ötən gün DİN Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüb. Hər iki hərbi qulluqçunun ayaqlarından biri amputasiya edilib. 
Müharibədən 1 il keçsə belə hələ də bu cür faciəvi hadisələrin baş verməsinin səbəbi nədir?
Hərbçilərimiz özləri məsuliyyətsizlik edirlər, yoxsa onlara ərazinin minalanmasıyla bağlı vaxtında xəbərdarlıq edilməyib?
Manevr.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev mövzu ilə bağlı yenisabah.az-a açıqlama verib:
“Füzuli rayon Şükürbəyli kəndində iki nəfər Daxili Qoşunların hərbi qulluqçularının piyada əleyhinə minaya düşməsi nəticəsində yaralanması təbii ki, təəssüf doğuracaq hadisədir. Baş verən hadisənin detalları açıqlanmasa da Şükürbəyli kəndinin 1994-cü ildən sonra Azərbaycanın nəzarətində olması və bu ərazilərdə minaların mövcudluğu, həmin ərazilərdə hərbi qulluqçularımızın minaya düşməsi çox təəccüblüdür.
Ümid edirəm ki, aiddiyyatı hüquq mühafizə orqanları bu işləri araşdırıb ictimaiyyətə xəbər verəcək.
Lakin mən yenədə hərbi qulluqçularımızı, azad olunmuş ərazilərdə çalışan işçiləri xəbərdar edirəm ki, yalnız müəyyən edilən ərazilərdə, ANAMA və ya qoşunlarımızın mühəndis  bölmələrinin təmizləyib təhvil verdikləri ərazilərdən kənara çıxmasınlar. Hər bir vətəndaşımız bu məsələ də diqqətli olmalıdır. Partlamamış sursatlar təhlükəsi hələ də böyükdür. Biz heç bir halda riskli fəaliyyətlərə yol verməməliyik”.  

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar