Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bizi türk edən nədir?!

Tarix: 28-11-2021 22:10     Baxış: 3326 A- / A+

Çox vaxt böyüklərimizdən eşidirik ki, “insanlar bir-birləri ilə qohumdurlar”. Əslində bu söz əbəs yerə deyilməmişdir. Çünki, bu fikrin genetika elmi ilə geniş izahı vardır.
Genetika elminə görə eyni haploqrupu daşıyan insanlar millətlərindən aslı olmayaraq bir-birləri ilə qohum hesab olunurlar. Məsələn: DNT kodu R1J2 424 olan bir türk, dünyada R və J haploqruplu millətlərdən olan fərdlərə qohumdur. Sözügedən haploqrupu daşıyan millətlər ərəb, ispan çeçen və.s millətlərinin bir hissəsidirlər. Lakin, bu o demək deyil ki, həmin millətlər türkəsillidirlər, sadecə J qrupu daşıyan millətlər, J qrupunu daşıyan türklə qohumdur. Qeyd etmək lazımdır ki, türklərin hamısı J haploqrupu daşıyıcısı deyil. Məsələn, ixtiyari bir türkün genində J qrupun yerinə R qrup ola bilər. Bu zaman həmin türk, R qrupu daşıyan insanlarla (ingilislərin, almanların bir hissəsi), J qrupunu daşıyan türk isə J haploqruplu insanlarla (ispan, ərəb bir hissəsi və.s) qohumdur. Ümumilikdə qeyd edək ki, bir haploqrup bir millətə yox, bir neçə millətə aiddir. Aid olan millətlər də bir-birləri ilə qohumdurlar. Eybi millətin iki nümayəndəsi fərqli-fərqli genləri daşıya bilərlər. Qeyd etdiyimiz kimi bir türkün geni R, digər türkün geni isə J ola bilər. Bu zaman genetika elmi belə bir hökm irəli sürür ki, “R qrupunu daşıyan türk , R qrupunu daşıyan insanlarla, J qrupunu daşıyan türk də J qrupu insanlarla qohumdur. Ümimiyyətlə, genetika elmi insanları millətlərə görə yox, gen haploqruplarına görə təsnifləndirir. Bu nəzəriyyə bütün xalqlara aiddir. Məsələn ingilis yazıçısı Daniel Defo “Xalis İngilis” adlı satirasında qeyd edir ki, xalis ingilis deyə məfhum yalandır. Əslində təmizqanlı ingilis yoxdur, ingilislər müxtəlif tayfaların birləşməsindən əmələ gəlmişdirlər.
Bu fikir həqiqətən də doğrudur. Çünki, İngiltərə tarixinə nəzər yetirsək vahid ingilis xalqı romalıların, vikinqlərin, normanların, anqlo-saksonların köçüb – gəlib, qaynayıb-qarışmasımdan sonra yaranmışdır. Eyni fikir Azərbaycan üçün də keçərlidir. Belə ki, tarixən ərəblərin köçün gəlməsi ilə başlanan xalqın təşəkkülü prosesi, Səlcuq türklərinin gəlməsi və yerli xalqla qaynayıb-qarışması ilə başa çatmışdır. Tarixşünaslıqda qeyd olunur ki, insanlıq 20 min il öncə bir yerdə yaşamış, sonradan bir-birlərindən parçalanmışdır. Məhz ona görə də almanlara, farslara, hindlilərə hind-Avropa xalqları deyirlər. Ümumiyətlə, həm elm həm də dinə görə insanlar eyni kökdən gəlib, sonradan parçalanıblar. Elmə görə yəni təkamül nəzəriyyəsində qeyd olunur ki, insanlıq primatın(bəzən meymun da deyirlər) təkamül etməsindən yaranmışdır. Hətta, qeyd olunur ki, insanlarla meymunlar eyni kökdəndirlər. Səmavi dinlərə görə isə insanlığın atası Adəm peyğəmbər torpaqdan yaranmış, Həvva adlı qadınla evlənmiş və beləliklə insanlıq yaranmışdır.
Bibliya (Yaradılış. 2:7–25; 3:1–24) :
Allah insanı (Adəmi) “torpaqdan yaratdı”...
Səcdə surəsi 7-ci ayə:
الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ ۖ وَبَدَأَ خَلْقَ الْإِنْسَانِ مِنْ طِينٍ
O, yaratdığı hər şeyi gözəl yaratmışdır və insanın yaradılışına palçıqdan başladı, (İnsanların ulu baba və nənəsini yəni Adəm və Həvvanı birbaşa olaraq, möcüzəli tərzdə palçıqdan yaratmışdır.)
Haşiyə:
Həvvanın yaranması islam alimlərinə görə Adəmin qabırğasından və ya qabırğasından qalan artıq palçıqdan olmuşdur. Qeyd etmək lazımdır ki, Şumer dastanlarının birində Huveya adı qeyd olunur, bu adın mənasında qabırğa və ya qabırğadan formalaşan deməkdir.

Bəs bizi türk edən nədir?!

Bizi türk edən əsas amil dil, adət-ənənə və folklordur. Qeyd edək ki, geni türklərlə qohum olmayan bir xalq assimilyasiya olub türkləşə bilir. Məsələn; Qızılordu xalqı monqoləsilli olmalarına baxmayaraq, islamı türk adət ənənələrini qəbul edib türkləşdilər. Bu o demək deyil ki, geni dəyişir, xeyr. Gen olduğu kimi qalır, insan özü, dili, adətləri, mədəniyyəti türkləşir. Bir türk də istər – istəməz assimilyasiya olub ruslaşa və ya başqa bir millətə çevirilə bilər. Məsələn illərdir Rusiyada yaşayan bir türk rusların mədəniyyətini, dilini qəbul etsə, hətta xristianlaşsa, təqribən 20 il ərzində ruslaşır. Böyük imperiyaların assimilyasiya siyasəti məhz dil və mədəniyyət üzərində qurulmuşdur.
Mənbə :
Qurani- Kərim Səcdə surəsi 7-ci ayə
Bibliya- Tövrat Yaradılış kitabı
Daniel Defo xalis ingilis satirası
Genetic Haplogroups
Haplogroups and peoples



Tanrıverdi Əliyev

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar