Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qızı Rəmişin mirasından pay istəməsindən danışdı

Tarix: 28-11-2021 21:45     Baxış: 3175 A- / A+

"Gülü ilə heç vaxt pis münasibətimiz olmayıb. O, birdən-birə bizimlə pisləşdi. Nə ev, nə pul istəmişik. Nə də aliment verib, anam imtina edib".
 
Bu sözləri mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) birinci evliliyindən olan qızı Rasimə deyib. "Elgizlə izlə" proqramına gələn Rasimə əmisi Vaqif Hüseynovun onlarla bağlı dediyi "Gülü evdən onlara pay versin, kirayədə yaşayırlar" sözlərə aydınlıq gətirib:

"Qürurama toxunub, Gülşən xanım (Gülü) dedi ki, bizə ev verib və mən satmışam, kirayədə qalıram. Kirayədə qalmıram, öz evimdir, şəhərin mərkəzində qalıram. Sənətlərim də var. Anam bizi elə tərbiyə edib ki, kiməsə təzyiq göstərməyək. Rəhmətlik Sabir əmimin övladları, yoldaşı bizim hər məclisdə olub. Toyda, bayramda bir olmuşuq. Vaqif əmimlə isə əlaqəmiz yoxdur. Rəmiş Moskvadan bizə şirniyyat, qolbaq göndərib. Deyir, hər ay 300 dollar göndərmişəm. Olubsa, çeklər hər yerdə çıxa bilər. O biri bacımın övladı avtoqəzada rəhmətə gedib. Uşaq komada yatdı, atam bir dəfə gəlmədi. Uşaq yataq xəstəsi oldu qəzadan sonra.

O kişi rəhmətə gedib, indi bu söz-söhbət nəyə lazımdı? Sağlığında atamdan nə istədik? İndi rəhmətə gedəndən sonra nə istəyə bilərəm? Qanunla varis mənəm, qanunlarımı bilirəm".

O, atası ilə anasının ayrılmasından bəhs edib:

"Anamın ata-anası sayılıb, seçilən ailə olub. Bizim pula ehtiyacımız olmayıb, sürücümüz də olub. Hr yerə gedib-gəlməyə qoymayıblar. Ona görə də atamın ikinci nikahdan olan oğlunu görməmişik. Atam anama ikinci xanımı ilə xəyanət edib. Gülü isə üçüncü olub". axşam.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar