Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu vergilər 4 dəfə azaldıla bilər

Tarix: 26-11-2021 16:58     Baxış: 4158 A- / A+

Azərbaycanda geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən torpaq sahələrinə görə torpaq vergisi müvafiq təsdiqedici sənədlər əsasında 75% azaldıla bilər.
Manevr.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı təklifdə bildirilir.

Dəyişiklik qəbul edildiyi təqdirdə, dağ-mədən işlərinin görülməsi məqsədilə geoloji kəşfiyyat və tədqiqat işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ayırdığı sahələrin tədqiqat və kəşfiyyat müddətində azaldıcı əmsallar tətbiq olunmaqla torpaq vergisinin hesablanmasının həyata keçirilməsi investorlar üçün vergi və maliyyə yükünün azalması ilə nəticələnəcək və gələcək hasilatadək xərclərin optimallaşdırılması baş verəcək.
"Nəzərə alınsa ki, hazırkı dövrdə hasilat sənayesi üçün əlverişli olan işğaldan azad edilmiş ərazilərə investisiyaların cəlbi nəzərdə tutulur ki, bu zaman sözügedən güzəştlər investorların maraqlarına xidmət edən təşviq aləti kimi çıxış edəcək", - deyə qurum bəyan edib.
Vergi Məcəlləsinə təklif edilən digər bir dəyişiklik hasilat sənayesi iştirakçılarına vergi dəstəyinin verilməsidir. Belə ki, neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləğinin həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla azaldılması nəzərdə tutulur.
"Məlum olduğu kimi, mədənçıxarma sənayesinin iştirakçıları tərəfindən yerin təkindən çıxarılan faydalı qazıntılara görə mədən vergisinin ödənilməsi qanunvericilikdə təsbit edilib. Filiz və qeyri-filiz faydalı qazıntılar hasil edən vergi ödəyiciləri real sektorun iştirakçıları olduğundan və hazırda qeyri-filiz faydalı qazıntıları tikinti sektorunda və sement istehsalı sahəsində xüsusi əhəmiyyət daşıdığından, bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin xərclərinin vergi yolu ilə optimallaşdırılması vasitəsilə hasilat sənayesi iştirakçılarına vergi dəstəyinin verilməsi təklif olunur. Hasil edilən faydalı qazıntıların maya dəyəri çəkilən xərclər hesabına formalaşdığından, istismar olunan sahələrə görə torpaq vergilərinin hesablanması da xərc elementi hesab edilir. Eyni sahə həm istifadədə olduğu, həm də istismar edildiyi üçün mədən və torpaq vergisinə cəlb olunur.
Beləliklə, müzakirədə olan dəyişikliklərin qəbul ediləcəyi halda, bu sahədə investisiya mühitinin cəlbediciliyi artacaq. Belə ki, torpaq qatından istifadə edilərək mədən vergisi hesablandığından, istismar edilən sahələrin torpaq vergisi qədər mədən vergisi azaldılacaq ki, bu da vergi ödəyicilərinin fəaliyyətini stimullaşdırmaqla yanaşı, xərc elementinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq", - deyə açıqlamada qeyd olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar