Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Yanvarın 1-dən bu şəxslərin pensiyaları artımla veriləcək

Tarix: 25-11-2021 14:14     Baxış: 4246 A- / A+


Yanvarın 1-dən artıq əlilliklə bağlı pensiyaların artımı icra olunacaqdır. Ümumiyyətlə isə 2 200-dən artıq vətən müharibəsi qazisinə pensiya təyin edilib və bu iş davam etdirilir.
Manevr.az trend-ə istinadla xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Zəfər Avtoyürüşü zamanı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, müharibə əlillərinin və şəhid ailələrinin müdafiəsi hər zaman dövlətimizin sosial siyasətinin mərkəzində olub və onlara hər zaman diqqət qayğı göstərilib.
"Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi olaraq bu kateqoriyaya aid olan vətəndaşlarımıza çox saylı sosial xidmətlər göstərilir. Təkcə bu il 33 min vətəndaşımız sosial xidmətlərdən yaralanıb. Bu Zəfər yürüyüşü də məhz Vətən müharibəsi əlillərinə verilən avtomobillərlə keçirildi. Bu il 150 avtomobil bu kateqoriyaya aid olan vətəndaşlarımıza təqdim edilib və proqram gələn ildə davam etdiriləcək",-deyə o bildirib
H.Abdullayev həmçinin qeyd edib ki, vətəndaşlarımıza göstərilən sosial xidmətlərin bir sahəsidə onların mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bu ildə 3 min vətəndaşımız fərdi evlər və mənzillərlə təmin olunacaqdır.
"Artıq 2 minə yaxın mənzil vətəndaşlarımıza təqdim edilib.Bundan əlavə əsas sosial dəstək layihələrinin biri də özünəməşğulluqdur. Bu il ərzində 5 500-ə yaxın qazi və şəhid ailələri özünüməşğulluq proqramına cəlb edilib",-deyə o bildirib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar