Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bu metrostansiya gələn il istifadəyə veriləcək - VİDEO

Tarix: 25-11-2021 09:16     Baxış: 3217 A- / A+
Bu metrostansiya gələn il istifadəyə veriləcək (VİDEO)
Bakıda Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək, şərti adı "B-4" olan metrostansiyasının inşası davam edir. Artıq stansiyanın bəzi hissələrində işlər yekunlaşmaq üzrədir. Uzun müddətdir ki, Xocasən qəsəbəsində də yeni stansiyanın tikintisi aparılır. Bu stansiyanın gələn ilin sonuna istifadəyə veriləcəyi nəzərdə tutulub.
Manevr.az xəbər verir ki, paytaxtın Nəsimi rayonu ərazisində inşa edilən yeni metro stansiyasında tikinti işləri sürətləndirilib. Ərazinin relyefindən asılı olaraq işlər 29-32 metr dərinlikdə icra edilir. Şərti adı B-4 olan stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşirStansiyada tikinti işləri üç zonaya bölünməklə aparılır. Bakı Metropoliteni Qapalı Səhmidar cəmiyətinin tikinti departamentinin rəhbəri Məzahir Nəbiyev "Xəzər Xəbər"ə bildirib ki, Bənövşəyi xəttin stansiyaları "Qruntda divar" üsulu ilə tikilir. Ekoloji cəhətdən daha səmərəli olan bu üsul həm də məhdud məkanda tikintinin effektiv qaydada aparılmasına şərait yaradır. Onun sözlərinə görə, artıq metronun tunellərində işlər yekunlaşıb.
Departament rəhbəri əlavə edib ki, yeni stansiyada elevatorlarla yanaşı, liftlər də quraşdırılacaq və 4 giriş-çıxışının olması nəzərdə tutulub. Bu isə yerüstü avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək. Məzahir Nəbiyev Xocasən stansiyasında işlərin nə vaxt yekunlacağına da aydınlıq gətirib. O bildirib ki, tikintisi davam etdirilən stansiyanın gələn ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar