Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

50 manatlıq pul nişanı dünyanın ən təhlükəsiz banknotu seçildi

Tarix: 23-11-2021 17:43     Baxış: 3185 A- / A+
50 manatlıq pul nişanı dünyanın ən təhlükəsiz banknotu seçildi
Noyabrın 17-18-də Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyasının (IHMA) Böyük Britaniyada təşkil etdiyi beynəlxalq konfransda Azərbaycan Mərkəzi Bankının (AMB) tədavülə buraxdığı yeni 50 manatlıq pul nişanı "ilin mütərəqqi dizayna malik ən təhlükəsiz banknotu” nominasiyası üzrə qalib seçilərək xüsusi mükafata (Excellence Award 2021) layiq görülüb.
Manevr.az mediabaku.az-a istinadən xəbər verir ki, bu barədə AMB məlumat yayıb.Məlumatda deyilir ki, pul nişanının üzərində tətbiq edilmiş "Rolling Star Lead” holoqramı və bu holoqramda ekskluziv olaraq banknotun dizayn mövzusuna ("Təhsil və gələcək”) uyğun yaradılmış 3D effektli elementlər pul nişanlarının saxtalaşdırılması riskinə qarşı ən təhlükəsiz mühafizə elementi seçilib.
Eyni zamanda, "Təhsil və gələcək” mövzusuna həsr olunmuş bu banknotun mövzusunun cəmiyyət üçün aktuallığı qeyd olunaraq onun üzərində əks olunan təsvirlərin (gələcəyə baxışı simvolizə edən – "Günəş”, inkişaf rəmzi olan – "Pillələr”, təhsilin önəmli kateqoriyaları olan "Təhsil ocağı”, "Şagird”, "Tələbə”) ən qabaqcıl mühafizə elementləri ilə sinxron şəkildə kombinasiyası, eləcə də rənglərin gözoxşayan dinamikası xüsusi vurğulanıb.
Hazırda yenilənmiş 50 manatlıq dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar