Xəbər lenti
Bazarı, otelləri və 90 şirkəti olan sabiq nazir - UNUDULAN MƏMURLAR
Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.
Manevr.az bildirir ki, lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.
Layihəmizdə bu dəfə sabiq vergilər naziri Fazil Məmmədovdan bəhs edəcəyik:
Məmmədov Fazil Əsəd oğlu 28 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olub. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib. O, Gəncə və Bakıda Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri vəzifələrində çalışıb. 1989-1993-cü illərdə Maliyyə-Kredit Texnikumunda müəllim, kafedra müdiri işləyib.
Daha sonra isə “Ünsal” Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib. O, 1994-1999-cu illərdə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri, Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini və Baş Dövlət Vergi Müfəttişliyinin rəisi vəzifələrində işləyib.
11 fevral 2000-ci ildə isə Azərbaycan Respublikasının Vergilər Naziri təyin edilib.
Zaman-zaman Fazil Məmmədovun mediada mülklərini satışa qoyması, borclarını ödəyə bilməməsi, bir sözlə sərvətinə görə gündəmə gəlib.
Belə ki, xəbərlərin birində deyilir ki, Fazil Məmmədovun sahibi olduğu “Ata Holdinq” MMC-nin xeyli vergi borcu var. Və bu borc uzun müddətdir ki, ödənilmir.
Qeyd edək ki, Fazil Məmmədova ən çox gəlir gətirən Sinerji Qrup MMC şirkətlər qrupu olub. Qrupa rəsmi olaraq 30, qeyri-rəsmi isə 60-dan çox şirkət daxil idi. Ora daxil olan bəzi şirkətlər sabiq nazirin doğulduğu Şəmkir rayonunda yerləşir. “Treydhaus Kaspian Kost Vayneri end Vaynyards” MMC isə Rusiyada fəaliyyət göstərir.
Sinerji Qrup MMC
Onu da qeyd edək ki, Fazil Məmmədovun nazirliyi dövründə ölkədən 4.5 milyard manat çıxarması ilə bağlı da mətbuatda bir sıra yazılar dərc olunub.
Sabiq nazirin biznes şəbəkəsi Ukrayna, Rusiya, Çexiya və Almaniyaya qədər uzanır. Onun Kiyevdə 5 ulduzlu “11 Mirros Dizayn” oteli, siqaret, təkər zavodu və “Vladimirski” adlı böyük bazarı var.
"Vladimirski" bazarı
Sabiq nazir Ukraynanın kurort şəhəri Truskovetsdə də olduqca lüks otelə sahibdir. Həmin otel isə “Mirotel” adlanır.
"Mirotel"
Sabiq nazir köməkçisi Qafar Qurbanovun axtarışa verilməsi ilə də gündəmə gəlib.
Fazil Məmmədov 5 dekabr 2017-ci ildə tutduğu nazir, 2 oktyabr 2018-ci ildə isə Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifələrindən azad edilib. Ailəlidir, 3 övladı var.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar