Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda güclü zəlzələ təhlükəsi var? - Video

Tarix: 22-11-2021 10:12     Baxış: 4191 A- / A+

Şamaxıda baş verən zəlzələdən sonra təkanlar davam etdi. Zəlzələlərdən biri yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda - Şamaxı rayonu ərazisində 5,1 gücündə, ikincisi isə 16:48-də 4,5 bal gücündə oldu. Orta gücdə olan iki zəlzələdən sonra kiçik təkanlar müşahidə edildi. Mütəxəsislər bunun normal olduğunu, narahatlığa heçbir səbəbin olmadığını bildirir.

Manevr.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli afterşokların davam etməsinin normal olduğunu deyib. O bildirib ki, zəlzələdən sonra afterşokun olmaması təhlükəlidir.
Qurban Yetirmişli əlavə edib ki, Şamaxı seysmik cəhətdən aktiv zona olduğundan təkanların enerji toplanmış digər zəlzələ ocaqlarına da müəyyən qədər təsiri ola bilər. Lakin dağıdıcı gücdə zəlzələ baş verməyəcək. Qurban Yetirmişli vətəndaşları narahat olmamağa çağırıb.
Qeyd edək ki, dünən baş verən zəlzələ zamanı dağıntılara rast gəlinməyib. Bəzi zəif tikililərin divarlarında çatların yaranması isə tikintinin keyfiyyətsiz aparılması səbəbindən baş verib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar