Xəbər lenti
Ermənistanda “etibarı” qalmayan nazir postu – ŞƏRH
Əvvəllər ordunun başında “Qarabağ klanı”ndan olan qüvvələr, eyni zamanda bir sıra xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqəsi olan şəxslər dururdu. Məhz buna görə də Ermənistan ordusu kənardan edilən diktə nəticəsində idarə olunan xaotik bir orduya çevrilib. Ermənistan 44 günlük müharibədən sonrakı bir il ərzində 3 müdafiə nazirini istefaya göndərib. Son olaraq isə Xankəndinə səfər etdiyi iddia edilən Arşak Karapetyan baş nazirin qəzəbinə tuş gəlib və nazir postu ilə vidalaşıb. Paşinyan onun atdığı addımlardan xəbərsiz olduğunu bəyan edib. Ermənistanda müdafiə naziri postuna “etibar”ın qalmamağı nəyin göstəricisidir?
Manevr.az mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
“Nazirlərin heç birini idarə edə bilməyib”
Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyevbildirdi ki, Nikol Paşinyan son bir ildə dəyişdirdiyi müdafiə nazirlərinin heç birini idarə edə bilməyib: “Ona görə ki, ordunun özündəki xaotik vəziyyət, eyni zamanda müxtəlif revanşist qüvvələrə xidmət edən generalitet birmənalı şəkildə Paşinyanı Ali Baş Komandan kimi qəbul etmir. Eyni zamanda, “Qarabağ klanı”na bağlı olan generalitet, ümumiyyətlə, Paşinyan hakimiyyətindən heç vaxt razı olmayıb. Baxmayaraq ki, Paşinyan məğlub bir dövlətin, necə deyərlər, baş naziri kimi seçkilərdə qalib oldu. Amma onun qalib gəlməsini də həmin qüvvələr qəbul etmirdi. Çünki əvvəllər ordunun başında “Qarabağ klanı”ndan olan qüvvələr, eyni zamanda bir sıra xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqəsi olan şəxslər dururdu. Məhz buna görə də Ermənistan ordusu kənardan edilən diktə nəticəsində idarə olunan xaotik bir orduya çevrilib. Bu səbəbdən də, Paşinyan çalışır ki, özünün ən yaxın adamlarını orduya rəhbər gətirsin”.
“Papikyanın da cinayət işi var…”
A.Nağyev qeyd etdi ki, son vaxtlar müdafiə nazirliyinin yüksək çinli rəhbərliyinin separatçı qüvvələrlə görüşü də nazirin dəyişdirilməsinə rəvac verdi: “Çünki Paşinyandan icazəsiz olaraq separatçılarla görüşür, öz bildiklərini edirdilər. Eyni zamanda, deyərdim ki, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində də ordu özünü çox aşağı səviyyədə göstərdi. Yəni Ermənistan ordusu dağılmış bir ordudur və faktiki olaraq təminatı tənəzzülə uğrayıb. Ermənistanda çalışırdılar ki, kimlərinsə hesabına ordunu düşdüyü vəziyyətdən çıxarsınlar. Yəni Paşinyan birmənalı şəkildə orduya nəzarəti itirmişdi. Ona görə də indi müxtəlif addımlar atır ki, ordu rəhbərliyinə özünə sadiq şəxsi gətirsin. Bildiyimiz ki, yeni müdafiə naziri Papikyanın da cinayət işi var və buna qədər baş nazirin müavini olub. 35 yaşında nazir təyin edilib, amma onun hansı səriştəyə malik olması, hərbi sahəyə rəhbərlik edə biləcəyi sual altındadır. Düşünürəm ki, bu da adi bir bəyanatla yola salınacaq”.
“Erməni hərbiçilər əmrləri yerinə yetirmir”
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirdi ki, Ermənistanda vəziyyət o həddədir ki, baş nazir mütəmadi olaraq müdafiə nazirlərini dəyişməli olur: “44 günlük savaşdan sonra bu, gözlənilən idi. Amma daha sonra müdafiə nazirlərinin ard-arda dəyişməsi o deməkdir ki, baş nazir normal bir adam tapıb vəzifəyə təyin edə bilmir və ordu da nəzarətdən kənardır. Paşinyanın seçdiyi sonuncu kadr Suren Papikyana diqqət edin. Onun heç bir hərbi savadı, hazırlığı yoxdur, bu adam, sadəcə tarix müəllimidir. Olsun, amma indiki məqamda, yəni 44 günlük savaşdan sonra ağır məğlubiyyətlə baş-başa qalan ordunun başına peşəkar hərbiçi qoymaq lazım idi ki, heç olmasa, nizam yarada bilsin. Yəni düşdükləri vəziyyəti yığıb-yığışdıra bilmirlər. Ona görə də, belə çaşqın qərarlar verirlər. Həm də ki, hərbiçilər əmrləri yerinə yetirmirlər”.
“… özlərinə post qurmuşdular”
Hərbi ekspert vurğuladı ki, Arşak Karapetyan öz davranışları ilə Ermənistanın gərginlikdən qaçması, daxildə işləri həyata keçirmək üçün şərait yaratmalı idi: “Ona verilən tapşırıqları incələyib ölkə rəhbərliyinə müəyyən məsləhətlər verməli idi. Amma bütün bunlar baş vermədi. Əksinə, ağılsız şəkildə Azərbaycan ərazisinə gələrək medal payladı. Sözsüz ki, bu da Azərbaycanda qıcıq yaradır və ölkəmiz buna kəskin şəkildə etirazını bildirir. Son vaxtlar Ermənistan ordusunun içərisində də çox ciddi proseslər gedir. Baxın, sovetlər dönəmində bizim haradasa boşluğa yol verməyimizdən istifadə edən ermənilər gəlib oturmuşdular ərazilərimizdə, özlərinə post qurmuşdular. Bunlar hamısı SSRİ dönəmindən Azərbaycan əraziləri idi. Amma son günlər Azərbaycan silahlı qüvvələri həmin o mövqelərdən erməniləri haqlı olaraq uzaqlaşdırıb”.
“Ermənilər gündə bir nazir dəyişəcək deyə…”
Ü.Cəfərovun sözlərinə görə, Azərbaycan tərəfi də çox ağıllı şəkildə qətiyyətli addımlar atdı: “Bu addımlar da Ermənistan cəmiyyətində çox böyük səs-küyə səbəb oldu. Paşinyan da narazılığı yatırmaq üçün Arşak Karapetyanı Suren Papikyanla əvəzlədi. Papikyanın özü də heç nəyi həll edə bilməyəcək. Sadəcə indi çalışmaq lazımdır ki, biz digər məsələlərə diqqəti yönəldək. Yəni bu məsələlər ciddidir və üzərində işləmək lazımdır. Ermənilər gündə bir nazir dəyişəcək deyə, biz də bundan təskinlik tapmamalıyıq. Yəni işimizi dərindən və kökündən görməliyik ki, bəziləri bundan öz xeyirləri üçün istifadə etməsin. Çox ciddi məsələlər ətrafında gücümüzü sərf etməliyik ki, ondan başqa istiqamətdə istifadə edənlər olmasın”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar