Xəbər lenti
Abel Məhərrəmov haralardadır?
Çoxları elə bilir ki, akademik Abel Məhərrəmovun rektor vəzifəsindən çıxarılandan sonra işsiz qalıb. Hətta bir müddət öncə bəzi KİV-lər də belə məlumat yaymışdılar. Amma Bakı Dövlət Universitetindən əməkdaşımıza bildiriblər ki, Abel Məhərrəmov hazırda BDU-nun Üzvi kimya kafedrasının müdiri vəzifəsini tutur. Onun bu kafedraya 2002-ci ildən – hələ rektor olduğu dövrdə rəhbərlik etdiyi bildirilib. Yəni Abel müəllim rektor postundan uzaqlaşdırılsa da, kafedra müdiri vəzifəsini qoruya bilib.
Hazırda kafedrada 20 müəllim, o cümlədən 1 akademik, 7 kimya elmləri doktoru-professor, 10 kimya elmləri namizədi-dosent, 2 kimya elmləri namizədi-müəllim çalışır.
Xatırladaq ki, Abel Məhərrəmov 1999-2018-ci illərdə BDU-nun rektoru vəzifəsində çalışıb.
O, həm də iki III və IV çağırış Milli Məclisin (2005-2015-ci illər) 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatı olub.
Akademik hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin də üzvü idi.
Amma 2018-ci il noyabrında BDU-nun rektoru vəzifəsindən azad edilən A.Məhərrəmovun adı YAP-ın 5 mart 2021-ci ildə keçirilmiş növbədənkənar VII Qurultayında qurumun İdarə Heyətinə və Veteranlar Şurasına salınmadı.
Əslən Qərbi Azərbaycandan olan Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olub.
Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı idi. Buna görə də oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoyub.
A.Məhərrrəmov 1966-cı ildə Amasiya rayonun Güllübulaq kənd orta məktəbini bitirdikdən sonra, elə həmin il də Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub və oranı 1971-ci ildə başa vurub. Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışıb. 1973-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Üzvi kimya” ixtisası üzrə əyani aspiranturada oxuyub.
1976-cı ildən Bakı Dövlət Universitetində baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışıb.
1991-ci ildən Bakı Dövlət Universitetinin professoru, 1993–1999-cu illərdə kimya fakültəsinin dekanı olub.
1999-cu ildə Bakı Dövlət Universitetinin rektoru təyin olunub.
2009-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.
Kimya elmləri doktoru, professor, əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Bir sıra elmi mükafatların sahibi, 50-dək monoqrafiyanın, dərsliyin və dərs vəsaitinin, 700-dək elmi məqalənin müəllifidir. 30-dan çox ixtirası var. 30-dək kimya elmləri namizədi və doktoru hazırlayıb.
A.Məhərrəmov 2005 və 2010-cu illərdə 16 saylı Yasamal II seçki dairəsindən Milli Məclisinin III və IV çağırışları üzrə deputatı seçilib. 2015-ci ildə deputat mandatı ilə vidalaşıb.
2018-ci ilin noyabrında onun Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalanıb.
Evlidir, 2 övladı, 5 nəvəsi var.
Sabiq rektorun hazırda Bakıda qeyri-rəsmi biznesinin olduğu və onu idarə etdiyi də bildirilir.
A.Məhərrəmovun adı bu günlərdə oğlu ilə bağlı gündəmə gəlmişdi. Belə ki, sabiq rektorun oğlu Anar Məhərrəmov 26 iyul 2021-ci il tarixində Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edildi.
Qeyd edək ki, Anar Məhərrəmov 2016-cı ildən 2021-ci ilin aprelinədək Azərbaycanın İspaniyadakı səfiri vəzifəsində çalışıb.
Keçmiş rektorun digər övladı – qızı Nərminə Məhərrəmova Bakıda yerləşən “Qlobus” uşaq bağçasına rəhbərlik edir./modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar