Xəbər lenti
Millət vəkili:"Bildirmək istəyirəm ki, ev kirayəsi üçün vəsait almağım və..."
Millət vəkili Emin Hacıyev sosial şəbəkədə paylaşım edərək media nümayəndələrinə və sosial media istifadəçilərinə müraciət edib. O bildirib ki, bəzi saytlarda və sosial şəbəkələrdə bir neçə gündür barəsində Bakıda kirayədə yaşaması və buna görə ona müəyyən vəsaitin ayrılması ilə bağlı xəbərlər yer alıb:
"Bildirmək istəyirəm ki, ev kirayəsi üçün hər hansı bir vəsait almağım və ya bununla bağlı müraciət etməyim barədə yayılan məlumatlar doğru deyil.
Bəzi sosial şəbəkə və media platformalarını informasiyanı dəqiqləşdirməmiş, heç bir araşdırma aparmamış ictimailəşdirməməyə və sağlam əməkdaşlığa dəvət edirəm.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tarixi qələbə qazandı, biz Qarabağımıza qayıtdıq və artıq biz qalib ölkənin vətəndaşlarıyıq. Cənab Prezidentin bu gün elan etdiyi prioritetlər və həyata keçirdiyi siyasət Qarabağın dirçəlməsinə və inkişafına yönəlib. Biz də hər bir Azərbaycan vətəndaşı və hər bir millət vəkili kimi bu işdə öz töhfəmizi verməyə hazırıq və Milli Məclisin sədri Sahibə xanım Qafarova bunu öz çıxışında bildirib".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar