Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Yenidən qapanmalar olacaq? - RƏSMİ

Tarix: 20-11-2021 12:42     Baxış: 3235 A- / A+
Yenidən qapanmalar olacaq? - RƏSMİ
Vaksinasiya başlayandan bəri bir neçə dəfə yoluxma halları ciddi şəkildə artıb. Amma karantin sərtləşdirilməsinə getməmişik. Bu da vaksinasiyanın müsbət təsiridir.
Manevr.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Bakıda "COVID-19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.
O qeyd edib ki, pandemiyanın ilk dövrlərində vaksinasiya prosesi başlamadığı üçün həmin vaxt qapanmalar yeganə çıxış yolu idi, indi isə vəziyyət fərqlidir:
"Bu da vaksinasiyanın təsiridir. Vaksinasiyanın effektivliyini göstərən bundan yaxşı nümunə ola bilməz. Mütləq peyvənd vurdurmaq lazımdır. Bu gün tövsiyə olunduğu kimi buster doza vaksini vurdurmalıyıq”, –deyə o qeyd edib
Y.Qarayeva ölkəmizdə bu günə kimi həm pandemiya ilə mübarizədə, həm də Vətən Müharibəsində tibb personallarının xidmətlərini də qeyd edib.
"Azərbaycanda bu günə kimi pandemiya ilə mübarizəyə 43 551 tibb personalı, 574 könüllü, xaricdən dəvət olunan 380 mütəxəssis cəlb edilib. Vətən müharibəsi zamanı yaralılara 10 000 tibb personalı, 1300 könüllü, xaricdən dəvət olunan 100 mütəxəssis xidmət göstərib”-, deyə o bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar