Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Nida”çılar bəraət aldı, 188 min də təzminat veriləcək

Tarix: 19-11-2021 16:44     Baxış: 3177 A- / A+




Noyabrın 19-da Ali Məhkəmənin Plenumunun iclasında “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin 4 keçmiş üzvü - Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlinin işinə baxılıb.

Manevr.az xəbər verir ki, Ali Məhkəmənin qərarına əsasən, onların barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
Qanunsuz və əsassız həbsdə saxlandıqlarına görə onlara ümumilikdə 188 min manat təzminat ödənilməsi də qərarda əksini tapıb.
Qeyd edək ki, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı 2013-cü ildə həbs olunublar.
İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı və Rəşadət Axundov 8 il, Rəşad Həsənov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda Prezident İlham Əliyev imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıblar./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar