Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Cinayətlərin əksərini onun qardaşı törədib” - Rafael Cəbrayılovun xanımı

Tarix: 18-11-2021 21:40     Baxış: 4172 A- / A+
“Cinayətlərin əksərini onun qardaşı törədib” - Rafael Cəbrayılovun xanımı
Həbsdə ölən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Cəbrayılovun hüquqi varisi kimi həyat yoldaşı Aidə Cəbrayılova onu təmsil edib. A. Cəbrayılovanın vəkili İlqar Kamızov bildirib ki, iş üzrə zərərçəkmişlərin ifadələri dindiriləndən sonra mövqelərini bildirəcəklər.
A. Cəbrayılova izahatında cinayət işinə təqsirləndirilən şəxs kimi Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun cəlb edilməsini xahiş edib: "Bu işdəki cinayət faktlarının böyük əksəriyyətini Elşən Cəbrayılov törədib. Amma istintaq vaxtı o məsuliyyətdən kənarlaşdırıldı. Rafaelin bununla bağlı Baş Prokurora məktubu da var idi”.
Həmçinin oxuyun: Həbsdə vəfat edən Cəbrayılovun məhkəməsi davam etdirilir
Zərərçəkmişlərdən birinin nümayəndəsi Kamandar Nəsibov da təsdiq edib ki, istintaq zamanı şikayətlər təkcə sabiq deputat barəsində deyil, həm də qardaşı Elşən Cəbrayılov barəsində olub: "Cinayət işi geri qaytarılmalı, Elşən Cəbrayılov da istintaqa cəlb olunmalıdır. Elşənin bu işdə böyük rolu var.  Rafael Cəbrayılov dəfələrlə ofisimdə olub və mənə deyirdi ki, bu pulların əksəriyyəti Elşəndədir. Elşənin həm ölkədə, həm xaricdə çoxlu əmlakı var. Amma Rafael Cəbrayılovun əmlakı qalmayıb. Nə də Aida Cəbrayılovanın hər hansı əmlakı yoxdur. Zərərçəkmişlərlə müqavilə bağlayıb pulları qəbul edən Elşən Cəbrayılov olub”.
Hakim Əhməd Quliyev bildirib ki, məhkəmə yalnız istintaq tərəfindən təqdim olunan ittiham üzrə işə baxır. Ona görə də Elşən Cəbrayılovla bağlı məsələni əlavə şikayət verərək mübahisələndirmək mümkündür”.
Hüquqi varis gələn prosesdə geniş ifadə vermək üçün məhkəmədən vaxt istəyib.
Növbəti proses dekabrın 2-ə təyin edilib. 
Xatırladaq ki, R.Cəbrayılov deputat olarkən torpaq sahəsinə dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək 11 nəfərin ümumilikdə 2 milyon 571 min manat pulunu mənimsəməkdə ittiham edilirdi.
Həbsdə koronavirusa yoluxan keçmiş deputat sentyabrın 30-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar