Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Deputatın “Milyonerlər məhəlləsi”ndə villası var? - İddialara cavab verdi

Tarix: 18-11-2021 21:11     Baxış: 3173 A- / A+

Parlamentin ötən gün keçirilən iclasında Milli Məclisin üzvü Razi Nurullayevin evsiz deputatalrın kirayə haqlarının qaldırılması ilə bağlı təklifi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Dünəndən bəri xalq kirayədə qalan deputatların kimliyini araşdırır. Hətta, vətəndaşların çoxu deputatların şəxsi mənzillərinin olmaması və kirayədə qalması məsələsinə təəccüblənib. Çox keçmir ki, kirayədə qalan deputatların siyahısı açıqlanır. Həmin siyahıda deputat Anar Məmmədovun da adı qeyd olunub.

Manevr.az xəbər verir ki, bu barədə millət vəkili açıqlama verib. O bildirib ki, bu xəbər həqiqəti əks etdirmir: “Hansı deputatların kirayə haqqı alması barədə dəqiq məlumata sahib deyiləm. Ancaq mənimlə bağlı yayılan məlumatlar da düzgün deyil. Mən nə kirayə haqqı alıram, nə də ki, kirayədə qalıram. İndiyədək də kirayə pulu ilə bağlı müraciət etməmişəm və heç bir məvacib də ödənilməyib”.
Deputat Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan Teymur Əliyev küçəsində 12 sotluq ərazidə milyonluq villasının olması barədə iddialara də aydınlıq gətirib: “Bu məlumatlar da həqiqəti əks etdirmir. Ümumiyyətlə, yaşadığım ünvanı qeyd etmişəm. Kim istəsə maraqlana bilər. Həmin siyahıları kim yayırsa, onu da dəqiq bilmirəm. Çox zaman bir-birindən götürərək, yanlış informasiyaları yayırlar. Bu da cəmiyyətdə geniş müzakirələrə səbəb olur, yəni olanları deyirəm. Yaxşı olardı ki, dəqiqləşmiş məlumatlar əks olunsun. Mən olanları dedim, ədalət də budur”./demokrat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar