Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kirayədə qalan deputatlar danışdılar: “Yalandan gündəm yaradıblar”

Tarix: 18-11-2021 19:15     Baxış: 4179 A- / A+


Milli Məclisin ötən gün keçirilən iclasında deputat Razi Nurullayev evsiz deputatların kirayə haqlarının qaldırılması ilə bağlı təklif irəli sürüb. Onun sözlərinə görə, parlamentin tərkibində müxtəlif rayonları təmsil edən 12-yə yaxın deputat Bakıda kirayə mənzillərdə qaldığına görə aylıq 220 manat kirayə pulu alır.
Bu gün ölkə mətbuatı Bakıda kirayədə qalan deputatların siyahısı dərc edib. Adları aşağıda qeyd edilən deputatların paytaxtda kirayədə qaldığı iddia edilib:
Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Vüqar İskəndərov, Şahin Seyidzadə, Cavid Osmanov.
Manevr.az xəbər verir ki, modern.az kirayənişin olduğu iddia edilən 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin deputatı Naqif Həmzəyevlə əlaqə saxlayaraq, barəsində deyilənlərin həqiqət olub-olmadığını dəqiqləşdirməyə çalışıb.
Naqif Həmzəyev bildirib ki, bu haqda bütün detalları Milli Məclisin mətbuat xidmətindən əldə edə bilərik.
“Bu haqda danışmaq istəmirəm. Bu saat bizim dərdimiz-sərimiz var. Danışmağa ehtiyac yoxdur. Bu heç gündəm olası məsələ deyil. Yalandan gündəm yaradıblar”.
7 saylı Ordubad-Culfa seçki dairəsinin deputatı Cəbi Quliyev isə xəbəri təsdiqləyərək, Bakıda evinin olmadığını deyib. O bildirib ki, hazırda kirayəpulu alır:
“Milli Məclis tərəfindən verilən kirayəpulunu alıram. Bakı və ətraf ərazilərdə heç bir obyektim, maşınım yoxdur. Dəqiqləşdirmək istəyirlərsə, buyursunlar. Amma başqaları ilə bağlı məlumatım yoxdur”.
50 saylı Abşeron-Qobustan seçki dairəsinin deputatı Şahin Seyidzadə bildirib ki, onun adına ev və mənzil yoxdur.
6 saylı Culfa-Babək seçki dairəsinin deputatı Ülviyyə Həmzəyeva:
“Mən indi ölkədən kənardayam. Haqqımda nə yazıldığından xəbərsizəm. Milli Məclisin bu yaxınlarda keçirilən ssesiyasında mənim əvəzimə Sahibə xanım sözünü dedi. Bu gün biz nə vəziyyətdəyik? Bu gün bizim qaçqın və köçkünlərimiz var. Onlara əsas ev, yurd, yuva lazımdır.
Bir vətəndaş, deputat olaraq ssessiyalarda iştirak etmək, Bakıya gedib-gəlmək mənim borcumdur. Azərbaycanda evim var, Naxçıvanda yaşayıram. Naxçıvan Azərbaycandan heç də ayrı deyil. Başqa ölkədə yaşamıram ki? Mən Sahibə xanımın fikirləri ilə tam razıyam”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar