Xəbər lenti
75 yaşlı sənətkar - (esse)
Əzizimiz, nəslin ağsaqqalı Qurbanəli qardaşımız. Qurbanəli Mazanoğlu. Atan, rəhmətlik Mazan Əliyev Böyük Vətən Müharibəsinin odlarından-alovlarından keçib, qəhrəman kimi Vətənə qayıdıb, Odlar yurdunun böyük quruculuğuda, Heft Daşlarının tikintisində, istismara verilməsində yaxından iştirak etmişdi. Həmin xidmətlərinə görə də bir neçə medal, fəxri fərman və pul mükafatları almışdı. Xalqına, millətinə layiq on bir övlad böyütmüşdü. Sən ailənin böyük övladı kimi həmişə atanın yanında olub, qardaş və bacılarınının həyatda özlərinə layiqli yer tapması üçün əlindən gələni eləyibsən. Elə sən də ilk əmək fəaliyyətinə elektrik kimi 1961-ci ildə Neft Daşlarında başlayıbsan.
Artıq sən, ömrünün 75 ilini arxada qoydun. Bütün bu illərdə bir neçə kitaba sığmayan çox keşməkeşli bir ömür yaşayıbsan. Həyatının bu illərində incəsənətin ayrı-ayrı növləri ömrünün , taleyinin qırmızı xətti kimi əsas işin, qayən olub. Rəqqas kimi Azərbaycan Dövlət Mahnı və Rəqs ansambılının solisti olubsan. Rəqsin sirlərin məşhur balaetmeyst, Xalq artisti Əlibaba Abdullayevdən böyrənibsən. Gözəl nağara və qarmon çalıbsan. Peşəkar operator kimi Sumqayıt Dövlət Musiqili-Dram Teatrının və başqa teatrların tamaşalarını, birinci Qarabağ savaşında cəbhə bölgələrindəki döyüşləri çoxlu video lentlərə peşəkar səviyyədə çəkibsən. Öz müsiqi nömrələrinlə toyları bəzəyibsən. Çoxlu toylarda bəylə-gəlinə xeyir-dua veribsən. Tanınmış müsiqiçilərlə, müğənnilərlə lap cavanlıq illərindən başlayan dostluğun bu günə kimi də davam eləyir. Çünki sən dostluğa çox sadiq insansan. Dostluqda heç kimdən heç bir təmənna güdməyibsən. Həm də ailəcanlısan. Məhz ailəcanlı, qohumcanlı, dostcamlı olduğuna görə hamı səni çox sevir. Nəslin ağsaqqalı kimi qəbul eləyir. Məhz ona görə də yaxın dostların, qohumların, övladların, nəvələrin adından səni 75 illik yubileyin münasibəti ilə təbrik edib, həyatda sənə insan üçün ən əziz nemət olan can sağlığı arzu edirik. Gün o gün olsun ki, nəvələrinin, nəticələrinin toyunu görəsən.
Həyatda sənin ən böyük arzun cənnətməkan Qarabağımızın azad olunmasını görmək idi. Çünki sən bir vaxtlar Qarabağda çoxlu el şənliklərində, qastrollarda konsert proqramlarında yüksək peşəkarlıqla iştirak edibsən. Operator kimi bir vaxtlar Milli Qəhrəman Əliyar Əliyevlə bağlı sənin Qubadlıda video lentə aldığın peşəkar kadrlar bu gün tarixi videolar kimi Azərbaycan arxivində saxlanılır. Çünki həmin video lentlər Əliyar Əliyevi Azərbaycan xalqına yaxından tanıdıb. Gün o gün olsun ki, yenidən Qarabağa, Şuşaya gedib, konsert proqramlarında iştirak edəsən. Qələbədən sonra Qarabağımızın tarixi yerlərini yenidən video lentlərə köçürəsən ki, onlar da tarixdə qalsın.
Çox sevindirici haldır ki, sevimli qızın Sevda xanımın da ad günü sənin ad günüdən bir gün sonradır . Deməli, sənin ikiqat bayramındır. Valideyn üçün də bundan böyük sevinc ola bilməz. Allah Sevda xanımı da xoşbəxt eləsin.
Sənin yubileyini tanınmış şairə Nəcibə İlkin özünün “Sənətkar Qurban müəllimin 75 illiyinə” həsr etdiyi bu şeiri ilə salamlayır.
Kökündən yoğrulub insanlıq elmi,
Kökündən boy atıb igid soyadı.
Açıb qollarını qeyrəti kimi,
Bir vətən oğlunun kişilik adı.
Musiqi səsinin hər rəngi kimi.
Yetişib sənətin özəlliyində.
Tanrıya yol gedən tale yolunun,
Dayanıb məğrur tək gözəlliyində.
Xeyirxah, müdriklik olub arzusu,
Özünə sahibdir əməli kimi.
Qurbanlıq eyləyib Qurban adını,
Əzəldən sözünün olub hakimi.
Kamillik dövrünün nurlu yolunu,
Keçib kişi kimi, keçib ər kimi.
Atası Mazandan qalmış ölməz izini,
Yaşadıb qürurla, keçib nər kimi.
Dərin hörmətlə:
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar