Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ilginc hadisə: Bir uşağa iki babasının adını qoymaq istədilər

Tarix: 18-11-2021 12:06     Baxış: 4179 A- / A+
Azərbaycanda ilginc hadisə: Bir uşağa iki babasının adını qoymaq istədilər
"Valideynlərdən ədəbi dil normalarına uyğun olmayan izafət tərkibli və ayrı-ayrı yazılan ikili adların uşaqlara qoyulmasına icazə verilməsi ilə bağlı müraciətlər alırıq".
Manevr.az xəbər verir ki, bunu "report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.
Onun sözlərinə görə, ölkədə izafət tərkibli və ayrı-ayrı yazılan ikili adların uşaqlara qoyulması ilə bağlı qayda olmadığına görə həmin müraciətlərə mənfi cavab verilib: "Misal üçün, valideynlərdən uşaqlara Fatimeyi-Zəhra, Zeynəbi-Kübra kimi izafət tərkibli, eləcə də Zeynəb Zəhra, Nazim Həsən, Əkbər İmran, Sərhəd Mazan və digər bu kimi ayrı-ayrı iki adın qoyulması ilə bağlı müraciətlər daxil olur".
S.Sadıqova bildirib ki, bəzi valideynlər uşaqlarına hər iki babalarının adlarını yanaşı şəkildə ayrı yazılan iki ad kimi qoymaq istəyirlər: "Valideyn müraciət edir ki, uşağın babasının birinin adı Sərhəd, digərinin adı Mazan olduğu üçün bu adların ikisini də övladına qoymağı düşünür. Təbii ki, dilimizin orfoqrafik qaydaları, ədəbi dil normaları və adlarla bağlı qaydalar onlara izah olunur və bu kimi adların qaydalara zidd olması onların diqqətinə çatdırılır".
"Dilimizdə Məmmədhəsən, Ələsgər, Ələkbər, Məmmədqulu və digər bu kimi bitişik yazılan adlar mövcuddur. Eləcə də mürəkkəb adlar var. Bu adların bitişik yazılması ilə bağlı heç bir problem yoxdur, çünki bitişik yazılan bu adlar lüğətimizdə də var. Amma bəzi hallarda müraciət edən valideynlər bu adları ayrı yazılması şərti ilə övladlarına qoymaq istəyirlər. Misal üçün, Məmməd Həsən, Əli Əsgər, Əli Əkbər, Məmməd Qulu və sairə şəklində. Buna qanun da icazə vermir. Yəni bu adların hər birinin ayrı-ayrı böyük hərflə yazılmasına, Azərbaycanın adlar sistemində öz əksini tapmadığına görə icazə verilmir" - professor əlavə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar