Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Daha xəstələr bölgələrdən Bakıya axışmayacaqlar - Agentlik həkimləri rayonlara göndərəcək

Tarix: 17-11-2021 23:13     Baxış: 4197 A- / A+


Больничная палата, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.11.2021

İxtisaslı kadrların regionlarda işləməsi üçün maliyyə təminatının düzgün qurulması, onların bölgələrdə işləməsi üçün marağın yaradılması vacibdir.

Azərbaycanın regionlarında çoxfunksiyalı mərkəzi xəstəxanalar yaradılacaq. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov bildirib. Onun sözlərinə görə, Azərbaycanın regionlarında çoxfunksiyalı mərkəzi xəstəxanaların yaradılması planlaşdırılır ki, insanlar yaşadıqları yerlərə yaxın ərazilərdə tibbi xidmət ala bilsin:
"Ucqar kənd və qəsəbələrdə tibbi xidmətlərə əlçatanlığı təmin etmək əsas hədəflərimizdən biridir. Həkimlərin böyük hissəsi Bakıda cəmlənib".
Bölgələrdə xəstəxana var, həkim yox!
Qeyd edək ki, regionlarda ixtisaslı həkim çatışmazlığı dəfələrlə müzakirə olunub. Bölgələrimizdə müasir diaqnostika mərkəzləri inşa olunaraq istifadəyə verilsə də, ya həmin mərkəzlərdə müasir cihazlarla işləmək bacarığına malik tibb işçiləri tapılmır, yaxud da ixtisaslı həkimlər. Elə bu səbəbdən də bölgələrdə ağır qəzalar zamanı, eləcə də bəzi xəstəliklərin diaqnozu və müalicəsi üçün xəstələr Bakıya axışır.
Həm kadr hazırlanmalı, həm də infrastruktur qurulmalıdır
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq səhiyyə sahəsinin yenidən qurulması və səhiyyə sisteminin modern ölkələrin səhiyyəsinə uyğunlaşdırılması mühüm istiqamətlərdən biridir. Onun sözlərinə görə, bu baxımdan paytaxtda göstərilən tibbi xidmətlərin regionlarda da göstərilməsi mümkündür:
"Bu hədəfə çatmaq üçün müxtəlif addımlar atılmalı, kadrlar hazırlanmalıdır. Həmçinin infrastruktur qurulmalıdır. Hazırda rayonlarda xəstəxanalar yenidən qurulsa da, ixtisaslı kadrlarla bağlı problemlər var. Ona görə də ixtisaslı kadrların regionlarda işləməsi üçün maliyyə təminatının düzgün qurulması, onların bölgələrdə işləməsi üçün marağın yaradılması vacibdir".
Tibbi sığortada əməyin ödənilməsində yeni yanaşma köməyə çatacaq
M.Məmmədli deyir ki, ona görə də icbari tibbi sığortada əməyin ödənilməsində fərqli yanaşma mühüm rol oynayacaq:
"Həm həvəsləndirici əlavələr, həmçinin də bonus sisteminin tətbiqi ilə yeni ödəmə bəndlərinin olması bu istiqamətdə ümidləri artırır. İcbari tibbi sığortanın xidmətlər zərfinin artması stimullaşdırıcı tədbirlərin genişləndirilməsinə səbəb olacaq. Təbii ki, problemlər var və mərhələli şəkildə aradan qaldırılır. Burada əsas diqqəti ixtisaslı kadrların vaxtında və düzgün hazırlanması ilə yanaşı, zamanında düzgün yönləndirilməsinə yönəltməliyik. Vakansiyalara rezidentlərin düzgün yönləndirilməsi bu baxımdan nəticə verəcək. Düşünürəm ki, regionlarda çoxfunksiyalı xəstəxanaların qurulması vacibdir".
Regionlarda həkim çatışmır
Araz Nəsirov isə bildirib ki, Azərbaycanda icbari tibbi sığorta 2 ildir ki, tətbiq olunur. Onun sözlərinə görə, hazırda ölkədəki səhiyyə işçilərinin 60%-i Bakıdadır. Regionlarda işçi çatışmazlığı var:
"Bundan başqa, həm paytaxtda, həm də bölgələrdə xeyli sayda yeni xəstəxana binası tikilsə də, vəziyyəti yaxşı olmayan xəstəxanalar hələ də var. Onlarla xəstəxana sökülməli və yenidən inşa edilməlidir. İlkin səhiyyə məntəqələrinin də vəziyyəti yaxşı deyil. Ölkəmizin maliyyə baxımından sıxıntısı yoxdur, zamanla bağlı sıxıntısı var. Bütün bunların qısa zamanda həyata keçirilməsi üçün dövlətin gücü kifayət deyil. Bu baxımdan düşünürük ki, dövlət - özəl sektor tərəfdaşlığı bu yöndə bizə dəstək ola bilər".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar