Xəbər lenti
İdmanın fəlsəfəsi nədir?
Fəlsəfə dedikdə cəmiyyətin ağlına "izm" şəkilçilərindən ibarət, mürəkkəb cərəyanlar toplusu gəlir. Halbuki, fəlsəfə o demək deyil. Fəlsəfə sözünün mənası "Təbiətin, cəmiyyətin və insan təfəkkürünün ən mühüm inkişaf qanunları haqqında elm" deməkdir. Qısacası, fəlsəfə dünyagörüşü mənasına gəlir.
Kainatda, elmdə, ədəbiyyatda, eşqdə, idmanda hər yerdə müəyyən dünyagörüşləri yəni fəlsəfələr vardır. Məsələn, ədəbiyyatdakı fəlsəfəyə nəzər yetirdikdə biz Nəsiminin şeirlərində hürufizmi, Şekspirin faciələrində, Servantesin Don Kixot əsərində renisansı görə bilərik. Qeyd etmək lazımdır ki, idmanın hər növündə də fəlsəfə vardır. Kunqfu, futbol karate və.s idman növlərini misal vermək olar. Lakin, idmandakı fəlsəfə cərəyanlardan yox, taktikalardan və fəndlərdən təşkil olunmuşdur.
Kunqfu fəlsəfəsi:
Qədim Çin idman növü olan Kunqfu Konfutsi və Lao Çe tərəfindən yaradılmışdır. Hərfi mənası İnsanın naliyəti deməkdir. Bu döyüş sənətində fəndlər və taktikalar müəyyən nizam əsasında təşkil olunmuşdur. Qeyd edək ki, Uşu yəni Çin döyüş sənəti 7 yerə bölünmüşdür. Hərəsinin ayrı-ayrı taktika və fəlsəfələri vardır. Kunq Fu, Çuean Li, Vu Çi, San Suau,Çuean Tau, Poa Çik, Tuyi Çer.
Futbolun fəlsəfəsi:
Hərfi mənası "ayaq topu" olan futbolun fəlsəfəsi taktikalardan ibarətdir. Muasir futbolun fəlsəfəçisi isə İohann Kroyfdur. 11 nəfərdən ibarət olan komandanın taktikası baş məşqçi tərəfindən hazırlanır. Taktikalar müəyyən düzülüşlər əsasında qurulur. Taktikalara misal verək: Tiki-taka, bus stop, pressing, uzun ötürmələr və.s
Hər bir milli komandanın özünün fəlsəfi taktikası vardır. Məsələn Braziliya millisi uzun ötürmələr hesabına 3-4 həmləyə rəqib qapısının önündə olurlar. İspaniya milli komandası isə tiki-taka üsulundan istifadə edirlər. Bu üsulun mahiyyəti tez-tez paslaşıb nəticədə "Santrafor" hücumçuya pas ötürüb bitirməkdir. Misal üçün FİFA 2010-cu il Dünya Çempionatında hücum üsulu (tiki-taka taktikası) qapıçı Kasilyasdan müdafiəçi Puyola, Puyoldan- yarımüdafiəçi Xaviyə, Xavidən-İniyesta və ya Pedroya onlardan da hücumçu David Villaya (tez-tez paslaşmaqla) ötürmək idi. Bu idman növündə ən əsas elm riyaziyyatdır ki, oyunçu neçə saniyəyə neçə metr pas atmasını hesablamalıdır. Yəni ki, bəzi cahillərin dediyi kimi, Kunqfu "döyüb-öldürmək", futbol da "22 nəfərin top arxasıyca qaçması"demək deyil.
Tanrıverdi Əliyev
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar