Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirə bir milyon dollar verdiyi deyilən Hümmətov danışdı: “...haram xoşu olsun”

Tarix: 13-11-2021 22:28     Baxış: 4159 A- / A+


“Əli Abbasov məndən pul istəyib, amma razılaşmadığıma görə “Catel” şirkətinə hücum təşkil edib”.

Manevr.az xəbər verir ki, bu sözləri qaynarinfo-ya “Catel” şirkətinin keçmiş prezidenti Sadiq Hümmətov deyib. Onun sözlərinə görə, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasova bir milyon dollar rüşvət verməsi həqiqətəuyğun deyil:
“Bu iddiada heç bir məntiq yoxdur. Əvvəla, Əli Abbasova bir milyon dollar vermişdimsə, niyə “Catel” şirkətinə hücum edildi? İkincisi, bir milyon dolları iddia edildiyi şəkildə vermək fiziki cəhətdən mümkün deyil? Üçüncüsü, Sadiq Hümmətov pul verib, sonra da hər yerə car çəkib ki, hər kəs bu faktı bilir?
Başqa bir məqamı da diqqətinizə çatdırım. Mən amerikalılarla işləyirdim. Onlar isə rüşvətlə iş görmürlər. İndi belə çıxır ki, amerikalılar Əli Abbasova rüşvət verib? Bu sadəcə absurddur. Əslində “Catel” şirkətinə hücumların arxasında məhz rüşvət verməkdən imtina etməyim dayanırdı”.
“Catel”in keçmiş prezidenti şirkətə hücumlar barədə də danışıb: “Bu hücumların arxasında Əli Abbasov və ləğv edilmiş MTN-nin keçmiş rəhbərliyi dayanırdı. Hadisə 2008-ci ildə baş verib. Mən Əli Abbasova hissə də ayırmışdım, haram xoşu olsun. Amma o əlavə pul da istəyirdi, həm də çox istəyirdi. Razı olmadım deyə 2008-ci ildə 50-yə yaxın şəxs şirkətin ofisinə faktiki olaraq hücum etdi. Onların arasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş rəhbərliyindən olan adamlar da var idi. Baş verənlərin arxasında isə şəxsən Əli Abbasov dayanırdı. Təbii ki, MTN də buna dəstək verirdi. Düzdür, bu faktı etiraf etmədilər. Amma bilirdim ki, bu belədir. Hadisədən sonra mən şirkətdən ayrıldım. Elə o gedən getdim. Yoxlamalar da apardılar, heç nə tapa bilmədilər. Yaxşı olardı ki, Əli Abbasov “Catel”in milliləşdirilməsi prosesindən danışsın. Orada hansı məbləğdə yeyintilərin olduğunu açıqlasın. Onu da qeyd edim ki, Əli Abbasov barəsində yazılanların demək olar ki, hamısı doğrudur”.
Xatırladaq ki, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun həbsinə hazırlıq getdiyi barədə məlumat yayılıb. Həmin məlumatlarda keçmiş nazirin qanunsuz əməlləri, rüşvət və korrupsiya əməliyyatları barədə iddialar yer alıb. İddialardan biri də Sadiq Hümmətovun Əli Abbasova bir milyon dollar “hədiyyə” etməsi barədədir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar