Xəbər lenti
AZTV Hesablama Palatasının auditinin nəticələri ilə bağlı açıqlama yayıb
QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən apa-ya verilən məlumata görə, açıqlamada qeyd olunan pozuntu halları 2015-ci ilə aid və indiki dövrə uyğun olmayan maliyyə nizamnaməsinə görə yaranıb.
Bildirilib ki, hazırda 2015-ci ilə aid olan və müasir dövrün tələblərinə uyğun gəlməyən maliyyə nizamnaməsinin yenidən işlənilməsi, əməkhaqqı və qonorar sistemini tənzimləyən yeni sənədin hazırlanması, həmçinin struktur islahatlarının aparılması və bir-birini təkrarlayan artıq ştat vahidlərinin ləğv olunması istiqamətində işlər davam etdirilir: “Eyni zamanda müəyyən postlarda vəzifə dəyişikliyi aparılır. Reklam siyasətinin şəffaflaşdırılmasına gəldikdə isə burada reklam vəsaitlərinin mənimsənilməsindən deyil, sadəcə gəlir və xərclərin hesabatlılığının şəffaf şəkildə aparılmasından söhbət gedir ki, bu istiqamətdə də görüləcək işlərdən biri elektron şəbəkə sisteminin yaradılmasıdır.
Əməkhaqqı və qonorar sistemində qeyd olunan qanun pozuntuları da əməkdaşların maaş və qonorarlarının artırılmasından irəli gəlir. Belə ki, hazırda AzTV-də iş həcmi və məhsuldarlıq əvvəlki dövrlərlə müqayisədə ən azı iki dəfə artıb. Məhsuldarlığın artması isə heç şübhəsiz ki, maaş və qonorarların artırılması deməkdir. Amma 2015-ci ilə aid maliyyə nizamnaməsi buna imkan vermirdi. Həmin nizamnaməyə əsasən redaktor ən yaxşı halda 500-600 manat maaş almalıdır. Etiraf edək ki, hazırda heç kim qeyd olunan məbləğə redaktorluq işini yerinə yetirməyə razı olmaz. Lakin iş də getməlidir. Belə olan halda da maliyyə pozuntuları yaranırdı. Palata məhz həmin pozuntuları müəyyən edərək AzTV-yə irad bildirib. Qeyd etdiyimiz kimi, artıq maliyyə nizamnaməsinin yenidən işlənilməsi və bu günün şərtləri ilə uyğunlaşdırılması istiqamətində iş gedir. Hətta bu məqsədlə əlavə müxəssislər cəlb etmişik.
Hesablama Palatasının üç ay ərzində AzTV-də apardığı yoxlamalar və müəyyən etdiyi maliyyə problemlərindən irəli gələrək ortaya qoyduğu tövsiyə və qərarlara görə təşəkkür edirik. Çünki istənilən yoxlama və ortaya çıxan qüsurların aradan qaldırılması istiqamətində atılan addımlar ümumi işin xeyrinədir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar