Xəbər lenti
“İnsanla şeytan arasında fərq yoxdur“ - Elşad Miridən qalmaqallı sözlər
"Heç kim anadan mələk doğulmur. Günah da, savab da insana aiddir. Maraqlısı odur ki, insanlar çox vaxt günahlarını etiraf etmək istəmirlər, bunu şeytanla əlaqələndirirlər. Leksikonumuzda “Məni şeytan yoldan çıxardı” deyə populyar ifadə də var.
Şeytan insanı necə yoldan çıxarır?. Şeytana uymaq insana bəraət qazandırırmı?
Manevr.az mövzu ilə bağlı yenisabah.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib:
"Başımıza bir iş gələndə deyirik ki, Allahın qədəridir, hər şeyi atırıq Allahın üstünə. Hətta özümüz nəsə səhv edəndə, yenə bu səfər günahkar axtarırıq, səhvi atırıq şeytanın üstünə. Günahı heç zaman özümüzdə görmürük. Şeytan xüsusi bir məxluq, varlıq deyil. Şeytan insanın daxilində və xaricində olan ünsürlərdir. İnsandan da şeytan ola bilir. İnsanın törətdiyi elə əməllər var ki, şeytanın etdikləri yanında cılız qalar. İnsanların etdiyi pis bir davranışı sadəcə cəmiyyət şeytanlıq olaraq qələmə verir. Şəxsin özünün daxilində yaşadığı savaşlar, məsələn, nəfsi ilə bağlı problemlər onu şeytani əməl tutmasına səbəb olur. Nəfsini idarə edə bilməməsi, ona məğlub olması, nəzarət edə bilməməsi də şeytanlıq hesab edilir. Qurana baxdığımız zaman Allahla olan dialoqda şeytan sözünü görmürük, orada ancaq iblis sözünü görürük. İnsanın içindəki duyğular, xüsusiyyətlər onu yoldan çıxarıb şeytanlığa sürükləyir. Əslində, insan özü-özünü yoldan çıxarır”.
E.Miri qeyd edib ki, hər şey insanın özündən asılıdır:
“İnsanlar səhv etdikləri zaman bunu gizlətməsi bəzən qorxaqlıq bəzən də, elə düşünürlər ki, heç etdikləri səhv deyil. İnsan özü-özünü tərbiyə etməlidir. Öz nəfsini, əməllərini idarə etməlidir. Əks təsirdə, şeytandan fərqi olmayacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar