Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Pensiyaya çıxmağa hazırlaşanlara pis xəbər- Tələb edilən kapital məbləği yüksəldi

Tarix: 12-11-2021 16:55     Baxış: 4300 A- / A+


Pensiyaya çıxmağa hazırlaşanlara pis xəbər- Tələb edilən kapital məbləği yüksəldi
2022-ci ildə Azərbaycanda minimum pensiyanın məbləği 20 faiz artırılaraq 200 manatdan 240 manata çatdırılacaq. 

Pensiyaların minimum həddinin artırılması hazırda pensiya alan (xüsusi qaydada pensiyaya çıxanlar istisna olmaqla – red.) şəxslər üçün yaxşı xəbər olsa da, pensiyaya çıxmağa hazırlaşan bəzi şəxslər üçün pis xəbər olacaq. Çünki minimum pensiyanın artırılması pensiyaya çıxmaq üçün tələb edilən pensiya kapitalını da artırdığından bəzi şəxslərin pensiyaya çıxması mümkün olmayacaq və həmin şəxslər yaşa görə müavinət almaqla kifayətlənəcək. 

Hazırda pensiyaya çıxmaq üçün tələb edilən kapital 28 800 manatdır. Minimum kapitalın məbləği minimum pensiya məbləğinin 144-ə vurulması ilə müəyyən olunur. Gələn il minimum pensiya 240 manat olarsa, pensiyaya çıxmaq üçün tələb edilən kapitalın məbləği 34 560 manata yüksələcək.  

Qaydalara əsasən, yaşa görə pensiyaya çıxmaq üçün 2 şərtdən biri ödənilməlidir. Ya minimum pensiya kapitalı toplanmalıdır, ya da sığorta stajı minimum 25 il olmalıdır. Elə şəxslər var ki, onların stajı 25 ildən az olsa da, pensiya kapitalı 28 800 manata yaxındır. Bu şəxslər kapitalı toplaya bildiyinə görə pensiyaya çıxa bilərdilər. Amma tələb edilən minimum pensiya kapitalı artırıldığından həmin şəxslərin pensiyaya çıxması mümkün olmayacaq. sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar