Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

DTX tərəfindən həbs edilən sabiq icra başçısı ECMO cihazından ayrılıb

Tarix: 10-11-2021 12:43     Baxış: 3146 A- / A+

“Vəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyev ECMO cihazından ayrılıb, amma vəziyyəti ağır olaraq qalır”. 

Manevr.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında onun vəkili deyib.
O bildirib ki, həkimlərin sözlərinə görə M.Quliyevin vəziyyəti süni tənəffüs aparatı ilə tənzimlənir
“Vəziyyəti yüngülləşməyib. İki aya yaxındır koma vəziyyətində qalıb. Müalicə prosesi yenə də davam edir. Vəziyyətində nisbətən irəliləyiş olsa da həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirir”.
Vəkilin sözlərinə görə, M.Quliyevin məhkəmə prosesinin vaxtı səhhətindən asılı olaraq təyin ediləcək.
Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar