Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Zahid Orucla BDU-nun rektoru arasında qarşıdurma

Tarix: 07-11-2021 14:52     Baxış: 3238 A- / A+


Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Orucla Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev arasında insident olub. 

Hadisə Türkiyənin Cümhuriyyət Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində keçirilən bayram tədbirində baş verib.
Manevr.az-ın xəbərinə görə, bu barədə tədbir iştirakçılarından biri "yenisabah"a məlumat verib. O bildirib ki, Zahid Oruc rektoru deputatlara etinasız yanaşmaqda, onların zənglərinə cavab verməməkdə günahlandırıb. Amma Elçin Babayev bu iradla razılaşmayıb. O, Zahid Oruc zəng edəndə dərsdə olduğunu bildirib.

Rektorun bu açıqlaması Zahid Orucu hövsələdən çıxarıb. Deputat bu dəfə yüksək səs tonu ilə Elçin Babayevi yalan danışmaqda ittiham edib. Deyib ki, ona təkcə mobil telefonla deyil, dövlət telefonu ilə də dəfələrlə zəng edib. Amma Elçin Babayev bu zənglərin heç birinə cavab verməyib.
Hadisənin bir neçə deputatın gözünün qabağında baş verməsi rektoru narahat edib. O, Zahid Orucun qoluna girərək müzakirəni kənarda davam etdirməyi xahiş edib. Cütlük deputatlardan 20 metr kənarda söhbət etsələr də, yüksək səs tonu ilə danışdıqları üçün onların səsi kənardan aydın eşidilib.
Siyasi çevrələrdə mülayim adam kimi xarakterizə edilən Zahid Orucun ölkənin ən qədim universitetinə rəhbərlik edən şəxsi uşaq kimi danlaması ətrafdakıların təəccübünə səbəb olub.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar