Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Şuşa" sənədli filminin təqdimatı keçirildi

Tarix: 07-11-2021 13:23     Baxış: 3173 A- / A+

Bu gün Beynəlxalq Muğam Mərkəzində Zəfər Günü ərəfəsində "SOCAR Media"nın dəstəyi ilə hazırlanmış "Şuşa" sənədli filminin təqdimatı keçirilib.

Manevr.az xəbər verir ki, filmdə əsas yeri Qarabağın ürəyi olan Şuşanın işğaldan azad olunması uğrunda misilsiz qəhrəmanlıq nümunələri göstərmiş qazilərin bu möhtəşəm hərbi əməliyyatlar haqqında xatirə və təəssüratları tutur.

Çəkilişlər hadisələrin baş verdiyi yerlərdə - Şuşa ətrafındakı meşələrdə, qayalıqlarda və şəhərin içəri hissələrində aparılıb.

Şuşanı azad edən qəhrəman qazilər keçdikləri şanlı yolu yenidən canlandırıb və həmin həyəcan dolu anları hadisələrin baş verdiyi məkanlarda yada salıb, yaşadıqları duyğu və düşüncələri dilə gətirib. Şuşaya ilk bayraq sanacan qəhrəmanlarımızın xatirələri filmin ən təsirli məqamlarındandır.

Prezident İlham Əliyevin 44 günlük vətən müharibəsinin gedişində Şuşa haqqında söylədiyi fikirlər filmin leytmotivini təşkil edir. Filmdə Şuşanın işğalının epizodik xronikası da nümayiş etdirilir.

Düşmənin və ona havadarlıq edən qüvvələrin məkrli planları ifşa olunur, eləcə də həmin dövrdə Azərbaycanda baş alıb gedən siyasi dərəbəylik və güclü mərkəzi hakimiyyətin olmaması işğalın əsas səbəbi kimi göstərilir.

"Şuşa" sənədli filmi "SOCAR Media"nın sifarişi ilə "Qulp Studio" tərəfindən hazırlanıb. Filmin müəllifi əməkdar jurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüseri İntiqam Cəfərovdur.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar