Xəbər lenti
11 yaşda hamilə qalan qızın təhsili necə olacaq?
"Həmin şagird digər həmyaşıdları ilə bərabər öz məktəbində təhsilə davam edə bilməz".
Manevr.az bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın İmişlidə 11 yaşında təcavüzə uğrayaraq uşaq dünyaya gətirən qızın təhsilini davam etdirəcəyi ilə bağlı fikirinə münasibətində deyib. Ekspert hesab edir ki, 11 yaşlı uşağın təhsil almaq hüququ var və bu təmin edilməlidir. Hesab edirəm ki, burada qanunvericiliyin bizə verdiyi imkanlardan yararlanmaq lazımdır. İstər-istəməz həmin şagird digər həmyaşıdları ilə bərabər qaldığı sinifdən təhsilini davam etdirə bilməz. Bu ona psixoloji-mənəvi zərbə olacaq. Ona qarşı baxışlar, yanaşma təhlükəli ola bilər. Bu, cəmiyyət olaraq da təhlükəlidir".Kamran Əsədov bildirib ki, ən yaxşı hal həmin şagirdin evdə təhsilinə, yaxud da fərdi təhsilinə cəlb edilməsinin təmin edilməsidir:"Azərbaycan Respublikasının Təhsil Haqqında qanununa görə, həmin şəxslər üçün fərdi təhsil tərtib edilir. Yəni, bu və ya digər səbəblərdən, xüsusən hazırkı mövcud şəraitindən həmin şagird fərdi təhsilə cəlb edilməlidir".
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İmişlidə 11 yaşında təcavüzə uğrayaraq uşaq dünyaya gətirən qızın təhsilini davam etdirəcəyi ilə bağlı açıqlama verib.
Xatırladaq ki, İmişlidə 11 yaşlı məktəbli ögey atalığından hamilə qaldığı iddia edilir. Onun övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Əməliyyatdan bir neçə gün sonra isə 11 yaşlı ananın övladı ölüb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar