Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

"Azərişıq”dan Kəlbəcərdə görülən işlərlə bağlı - Açıqlama

Tarix: 06-11-2021 11:51     Baxış: 3232 A- / A+



Azərişıq ASC-nin işğaldan azad edilən Kəlbəcər rayonunun elektrik enerjisi sistemini yenidənqurması ilə bağlı görüntülər yayılıb.

Manevr.az xəbər verir ki, üurumdan verilən məlumata görə, görüntülərdə Kəlbəcərdəki yolların kənarında yeni dayaqların basdırıldığı, 10 kilovotluq izolyasiyalı və mühafizə olunan kanellərin çəkildiyi göstərilir. Bunu üçün isə Səhmdar Cəmiyyətin əməkdaşları ərazidə sovet dövründən qalmış və istifadəyə yararsız dayaqları çıxarıb ərazidən uzaqlaşdırıblar
Qeyd edək ki, həmin xətlər yeni qurulan 110/35 Kv-luq Kəlbəcər yarımstansiyasından qidalanır.
Çətin keçilən dağlıq relyefə malik olması Kəlbəcərdə energetiklərin fəaliyyətini çətinləşdirib. Belə ki, kadrlardan da göründüyü kimi rayonun Çopurlu kəndi ərazisində 35 kilovotluq xəttin çəkilişi üçün yol infrastrukturunun olmaması energetiklərə məcbur edir ki, ilk olaraq yol çəkilişini həyata keçirsinlər.
Məlumata görə, "Azərişıq" Kəlbəcərdəki işləri qarşıdakı həftələrdə tam yekunlaşdıracaq.
Xatırladaq ki, ötən il 44 günlük vətən müharibəsi nəticəsində Ermənistan baş nazirinin imzaladığı təslimçilik aktı nəticəsində 30 ilə qədər erməni işğalında qalan Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixində bir güllə belə atılmadan Azərbaycana qaytarıldı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar