Xəbər lenti
Azad olunmuş ərazilərdə böyük işlər görülür - Nazir
Beynəlxalq Muğam Mərkəzində "İrs" silsiləsi çərçivəsində nəşr edilən "Qarabağın qara kitabı" və "Qarabağ - qələbəyə doğru" kitablarının təqdimat mərasimi keçirilib.
Manevr.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin deputatları və media nümayəndələri iştirak edib.
A.Kərimov qonaqları qarşıdan Zəfər bayramı münasibətilə təbrik edib: "Bizim nəsil xoşbəxt nəsildir, çünki hamımız bu günləri yaşayırıq. Biz tariximizin ən qürurlu günlərini yaşayırıq. Sevinirik ki, Azərbaycanın mədəniyyət mərkəzi, beşiyi olan Şuşa azaddır".
Nazir hazırda həmin ərazilərdə böyük işlərin görüldüyünü xatırladıb: "Biz bununla dünyaya bəyan edirik ki, bu torpaqların əsl və əzəli sahibləri bizik. Mədəniyyətimizi və ruhumuzu həmin ərazilərə qaytarmaq üçün işlər davam edir. Digər önəmli layihəmiz "Qarabağa kitabla gedək"dir. Biz bununla dünyaya göstəririk ki, Qarabağa silahla yox, kitabla, mədəniyyətlə qayıdırıq. Bu kitablar vasitəsi ilə dünya Ermənistanın işğal dövründəki qeyri-qanuni əməllərindən, cinayətlərindən xəbərdar olacaq".
Qeyd edək ki, kitablarda Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, işğal nəticəsində mədəni irs nümunələrimizin dağıdılması və vandalizmə məruz qalmasından geniş bəhs olunur. Yeni nəşrlərdə Vətən müharibəsi, Zəfərə aparan yol və doğma torpaqlarımıza yenidən həyatın qaytarılması istiqamətində görülən işlər də öz əksini tapıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar