Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Paşazadə yenə status yazdı, savadsızlığı gündəm oldu - Şəkil

Tarix: 03-11-2021 13:36     Baxış: 4167 A- / A+

Millət vəkili Cavanşir Paşazadənin növbəti paylaşımı yenidən sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

Manevr.az xəbər verir ki, bu dəfə də istifadəçilər C.Paşazadənin paylaşımında yenidən ciddi qrammatik səhvlərə diqqət çəkiblər.
Cavanşir Paşazadə bu dəfə qardaşı, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin və türkiyəli qonağın işğaldan azad edilən ərazilərimizdəki məscidlərə və ibadət yerlərinə səfərlərini təbliğ etməyə çalışıb, nəticədə ənənəvi olaraq savadsız bir status ortaya çıxıb.
C.Paşazadə yazıb: Əsrlər boyu xalqımız tərəfindən milli-mənəvi dəyərlərimizə hörmət, onu qoruyub yaşatmaq həmişə öncül amillərdən biri olmuşdur. Xusüsi ilə dini məscidlərimizə (qeyri dini məscid olmur – red.), ibadətkarlarımıza (ibadətgahlarımız yazmaq istəyib – red.) diqqət və qayğı milli-mənəvi dəyərlərimizin əsasını təşkil etmişdir. Bu gün bu sahənin qorunması, ona diqqət eyni zamanda dövlət səviyyəsində böyük həssaslıqla davam etdirilir. Cənab Prezidentin işğaldan azad olunan torpağlarımıza (“torpaqlarımıza”) ailə üzvləri ilə birlikdə səfəri, səfər zamanı Ağdam və Şuşa məscidlərinə Qurani Kərimin (Qurani-Kərimi – red.) hədiyyə etməsi, bütün (Bütün) Qafqazın Şeyxinin rəhbərliyi ilə Azərbaycandakı dini konvessiya (konfessiya) rəhbərləri ilə birlikdə işğaldan azad olunmuş torpağlarımızda (torpaqlarımızda) mövcüd (mövcud) olan məscidlərə getməsi, Türkiyənin Dianet (Diyanet) işlər (İşleri) müdürünün qeyd olunmuş torpağlarımıza (torpaqlarımıza) səfəri, səfər zamanı Şuşa məscidindəki Azanı (azan) və Namaz (namaz) qılması bir daha iki qardaş xalqının (xalqın) mənəvi dəyərlərinin yüksək səviyyədə qorunması deməkdir”.
Qeyd edək ki, bundan öncə də C.Paşazadə qrammatik və üslub səhvləri ilə dolu status paylaşmışdı. Daha sonra köməkçisi açıqlama verərək, statusu millət vəkilinin adından sürücüsünün yazdığını və onun artıq işdən çıxarıldığını bildirmişdi.
Maraqlıdır, görəsən, indiki səhvlərlə dolu statusu kim yazıb?/axar.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar