Xəbər lenti
Ramin Bayramlının təmsil etdiyi təşkilat fəaliyyətini dayandırdı

Bu ilin sentyabr ayında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlının sədr müavini olduğu təşkilat fəaliyyətini dayandırıb.
Manevr.az-ın “qaynarinfo”ya istinadən məlumatına görə, “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyi fəaliyyətini dayandırıb.
Qeyd edək ki, təşkilatın sədri Arif Əfəndiyev, sədr müavini Ramin Bayramlı, məsul katibi isə tibb üzrə fəlsəfə doktoru Yavər Hacısoydur.
Y.Hacısoy İB-nin fəaliyyətinin dayandırılmasını təsdiqləyib. Bildirib ki, ölkədə koronavirus dövrü olduğu üçün təmsil etdiyim təşkilat fəaliyyət göstərə bilmədi: “Bu barədə daha ətraflı Arif Əfəndiyevdən öyrənə bilərsiniz”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































