Xəbər lenti
Avtomobil nömrələrinə görə rüsumların artırılmasından sıradan insanlar ziyan çəkməz
“Bərkgedən” nömrələr məmurların “avtoşbala”larına verilir
Öncədən açıqlandığı kimi, noyabrın 1-dən işığın, qazın qiymətinin ortalıq 20 faiz həcmində artırılması baş verib. Heç demə, “Dövlət rüsumu haqqında” qanuna da aztəminatlı əhalinin “ziyan çəkməyəcəyi” dəyişikliklər edilib. Ümumvətəndaş pasportunun verilməsinə görə dövlət rüsumunun məbləği 40 manatdan 60 manata -50 faiz həcmində qaldırılır. 20 manat nədir ki? Əhalinin dolanışığına heç bir yetkisi olmayacaq. Sürücülük vəsiqəsinin verilməsi üçün də rüsumlar dəyişir. Nə puldur ki? Əhaliyə ziyansız başa gələcək. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qiymət artımının 15 ildir dəyişməməsi nədəni ilə rüsumların 50 faiz həcmində artırılmasının “iqtisadi” əsaslandırılmasını verib və ödənilən orta illik rüsum məbləğinin adambaşı 35 manat təşkil etməsi “əsası” ilə artımın əhaliyə mənfi yetkisi olmayacağını bildirib. Qalır əmək və sosial siyasət komitəsinin “sosial” əsaslandırması. Evi-eşiyi olmayan insanların işığın, qazın qiymətinin artmasından ziyan çəkməyəcəyi uğurlu sosial siyasət kimi qabardılar, yəqin.
Avtomobili olmayan “piyada” insanlar nömrə alınmasına görə rüsumun yarıbayarı artırılmasından hansı ziyan çəkə bilər? Heç bir. Xalqın fikri soruşulsaydı, biz hətta “bərkgedən” avtomobil nömrələrinin verilməsi üçün rüsum məbləğinin nominal və real, yəni rüşvət qiyməti arasındakı fərqin aradan qaldırılmasını təklif edərdik. Fikir verin, 001 -009 nömrələrinin verilməsinə görə rüsumun məbləği eyni hərflərin kombinasiyasından ibarət olduqda 2500 manatdan 3000 min manata qaldırılır. Halbuki reallıqda bu nömrələr on -yüz min manatadək həddə satılır. Qarabağ qazilərinə gəldikdə isə, belə nömrələr “sərfiyyatda tapılmır”. Ona görə də rüsum qalxdı -qalxmadı, sıradan vətəndaşa nə ziyanı ola bilər? Ən çox artım 111-999 avtomobil nömrələrinin verilməsi rüsumlarında nəzərdə tutulur. Ayrı hərflərin kombinasiyasından tərtib olunan belə nömrələrin qiyməti 500 manatdan 1000 manata -100 faiz, eyni hərflərin kombinasiyasından tərtib olunmuş nömrələrinki isə 1000 manatdan 1500 manata -50 faiz həcmində qaldırılır. Yenə də nominal -hökumət qiyməti ilə real -rüşvət qiyməti arasında yerlə göy qədər fərq var. Ümumiyyətlə, vətəndaşlar, el dilində desək, “öz qiymətinə” nömrə almaqdan “sərfiyyatda olmaması” , “satışdan çıxarılması” və s. bəhanələrlə məhrum edilir. Necə deyərlər, “bərkgedən” nömrələr “altdan” , özü də məmur-oliqarx “avtoşbala”larına satılır. Yəni nömrə bahalaşması, sıradan vətəndaşa heç bir ziyan vurmayacaq , bir balaca “avtoşbala” atalarını ziyana salacaq.
Məğrur Bədəlsoy

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar