Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

"Dövlət özünü bazar alverçisi kimi apara bilməz" - Natiq Cəfərli

Tarix: 01-11-2021 18:45     Baxış: 4193 A- / A+




“Dövlət özünün müstəsna səlahiyyətlərinə daxil olan xidmətlərdən pul qazanmamalıdır, bu işin fəlsəfəsi budur.


Yəni, dövlət göstərdiyi xidmətin maya dəyərini şəffaf şəkildə açıqlamalı, buna uyğun da rüsum təyin etməlidir. Dövlət özünü bazar alverçisi kimi apara bilməz, çünki mənim vətəndaş olaraq həmin xidmətləri başqa yerdən almaq imkanım və hüququm yoxdur”.

Manevr.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli məlumat verib.
“Məsələn, avtomobillərin qeydiyyat şəhadətnaməsinin verilməsi rüsumu 25 manatdan 30 manata qaldırılır. Bir çoxunuz həmin prosesi görmüsüz: lazım olan məlumatlar hazır şablon blanklara yazılır, sonra onu polietilen üzlüyün içinə yerləşdirib tosterə oxşar bir aparata qoyub sıxırlar, yəni bütün proses maksimum 1-2 dəqiqə vaxt alır. Bunun maya dəyəri isə maksimum 2 manatdan çox deyil. Bəs, dövlət bunu mənə niyə 30 manata satmalıdır ki?! Bu nə alverçilikdir?! Axı mənim başqa yerdən qeydiyyat şəhadətnaməsi almaq şansım yoxdur ki, ucuz yer axtarım. Eyni şey xarici pasport üçün də keçərlidir. Sual yaranır ki, dövlət öz vətəndaşına xarici pasportu niyə 60 manata satmalıdır?! Bu sənədin maya dəyəri neçəyədir?! Nə isə, multfilmdirlər...” – N.Cəfərli bildirib./pravda.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar