Manevr.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, iddiaların heç bir əsası yoxdur:
“Belə ki, S.Məmmədov, oğlu N.Məmmədov və bacısı oğlu E.Məmmədovla birlikdə sentyabrın 27-də Cəlilabad rayonundakı Şəhidlər Xiyabanının qarşısında rayon sakini E.Cəfərova qarşı heç bir əsaslı səbəb olmadan xuliqanlıq hərəkətləri törədiblər. S.Məmmədov isə bu zaman E.Cəfərovu vuraraq ona bədən xəsarəti yetirib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. S.Məmmədov barəsində Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oktyabrın 30-da isə S.Məmmədovun şəxsi əşyalarını və idarə etdiyi nəqliyyat vasitəsini təhvil almaqdan ötrü oğlu N.Məmmədov və anası Cəlilabad Rayon Polis Şöbəsinə gəliblər. Bu zaman şöbə rəhbərliyi tərəfindən qəbul ediliblər və onları maraqlandıran suallar barədə məlumat verilib”.
“N.Məmmədova qarşı heç bir fiziki güc və ya zor tətbiq edilməyib. İddialar əsassızdır və həqiqəti əks etdirmir”, - deyə DİN rəsmisi qeyd edib.
Xəbər lenti
DİN-dən vətəndaşın qərəzli həbs edilməsi ilə bağlı iddialara CAVAB
Cəlilabad rayon sakini, Saməddin Məmmədovun qərəzli səbəblərdən həbs edilməsi ilə bağlı iddialar səsləndirib. Özünü bloqer kimi kimi təqdim edən şəxs həbsindən narazılıq ifadə edib və ona zor tətbiq edildiyini bildirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar